Ağalar Vəliyev qadağan olunmuş yerdə BİNA TİKİR... - BUNDAN ƏVVƏL İSƏ...
Tarix: 11-10-2022, 13:14 |
Çap et
DİA.AZ: - Yasamal rayonu ərazisində yerləşən və qismən qurudulmuş "Qanlıgöl"ün təmizlənməsi və ətrafında park salınması, inşaat işlərinin aparılması ilə bağlı layihə hazırlanır.
DİA.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib.
Sözügedən layihənin isə "Kristal Abşeron" tikinti şirkəti tərəfindən həyata keçiriləcəyi deyilir. Qeyd edək ki, "Kristal Abşeron" tikinti şirkəti deputat Ağalar Vəliyevə aiddir.
Qeyd edək ki, bir müddət əvvəl tikinti işləri ilə bağlı "Qanlıgöl"ün bir hissəsinin qurudulması ilə bağlı məlumatlar mətbuatda geniş dərc olunmuşdu və həmin zaman sözügedən ərazidəki işlər yarımçıq dayandırıldı və bəlli oldu ki, qeyd olunan ünvanda inşaat işlərinin aparılması qadağan olunub.
İndi isə aydın olur ki, Ağalar Vəliyev yenidən "Qanlıgöl" ətrafına TAMAH SALIB... Bunu bacaracaqmı? Dövlətin qadağasına GÜC GƏLƏCƏKMİ? Bunu da zamanla görəcəyik...
Məsələ diqqətimizdədir, olayla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və habelə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamalarını təqdim etməyə çalışacağıq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...