Kəmaləddin Qafarovun da şərik olduğu ONKOLOGİYA BİZNESİ... - Xəstələr narazı, həkimlər yerdən göyə qədər razı...
Tarix: 19-10-2022, 12:22 | Çap et
Bura Azərbaycan Milli Onkologiya Mərkəzinin (MOM) müalicə korpusunun həyətidir. Səhərdir.
Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.
Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə "18 ayda, təxminən 18 min manat" vəsait xərclədiyini deyir.
"Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı", - Gülşən deyir.
Azərbaycanda böyrək və qaraciyər köçürülməsi: Pasiyent nə qədər xərcləməlidir?
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Hemodializ - qanunla ödənişsiz, əslində isə pullu xidmət?
Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə "20-25 min manat pul tökdüyünü" söyləyir.
"Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik".
Xəstələr xidmət "pulludur", baş onkoloq "təmənnasız"dır deyir Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.
Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası "qan analizlərinə 25 manat", digər bir şəxs isə "MRT-yə 150 manat ödədiyini" söyləyir.
Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.
Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.
O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla - Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası - fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.
Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində "dövlət büdcəsi vəsaiti hesabına" həyata keçirilməlidir.
MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə - hər yaşdan adam var burada…
Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.
Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa "Sən niyə gəlmisən?" olur.
Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib-red.) məni görən kimi üzümə diqqətlə baxıb, "sən niyə gəlmisən" sualını verir.
Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!
Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.
"Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?" - o qayğısından məmnuniyyətlə bəhs edir.
Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.
"USM-ə diri 50-lik, kimyaterapiyaya 350..."
Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar...
Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. "Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas" deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:
"İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm", - üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.
Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.
Liftin qapısı açılır, qadın "indi qayıdıram" deyib anasını yoxlamağa gedir...
Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:
"Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!"
Bu ailənin başçısına dördüncü mərhələdə olan "ağciyər xərçəngi" diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin "nəticəsi olmadığı üçün" gəliblər Bakıya.
"Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim".
"İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir" Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı "şikayətlərin gəldiyi ona da məlumdur".
Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi "onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir".
Adil Qeybulla hesab edir ki, "bu zaman bu sahədəki problem aradan qalxa bilər".
"Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil", - o vurğulayır.
"Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir", - həkim əlavə edir.
Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.
Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.
Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.
"Burada pulsuz heç nə yoxdur" Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya "150 manat" ödəyir:
"Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər", - qadın deyir.
O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:
"O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, "təki, nənə sağalsın"".
Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.
"Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı" Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin "500 manat pul istəməsilə" bağlı şikayət etmişdi.
Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı "ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib".
Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, "kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı".
"Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi", - Vəsilə Salmanova vurğulayır.
Onkologiya xəstələrinin statistikası 2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.
2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.
Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.
Bu ilin büdcəsindən ayrılan 47 milyon manat Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.
Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.
2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.
Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.
"Onkoloji yardım haqqında" Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların "yalan olduğunu" iddia edib.
"Bu pul kiməsə az görünə bilər" Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının "daha kömək etməyə gücü qalmayıb".
"Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı".
Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.
"Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım", - Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır... //BBC//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
|