DİA.AZ: - Astara sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
DİA.AZ bildirir ki, kənd sakinləri durumları ilə bağlı şikayətlərinin aidiyyatı qurumlar tərəfindən eşidilməməsindən, tədbirsizlikdən də giley edirlər.
Sakinlər bu barədə DİA.AZ-a Astara rayonunun Giləkəran kəndindən yazırlar:
"Gəlin baxın, yağış yağdı yollarımız bu günə düşür, uşaqlarımız bu yolla məktəbə gedirlər. Yağış yağanda isə ümumiyyətlə getmirlər. Məktəbə gedib çıxan olsa palçığa batmış halda gedib çatır.
Evimizdə xəstəmiz olur taksi gəlmir ki, yollarınız bərbaddır, bu vəziyyətdəyik. Kimə müraciət edək, dərdimizi kimə deyək? Aidiyyatı qurumlardan kömək istəyirik".
DİA.AZ vətəndaşların yolladığı fotoları təqdim edir:
Məsələ ilə bağlı dia-az.life olaraq aidiyyatı qurumları da dinləməyə hazırıq...