Naxçıvanda vəzifəlilər toplantıya hazırlaşır - Belə davam edərsə...
Tarix: 17-12-2022, 09:08 |
Çap et
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...
Bundan əvvəlki yazı burada: Naxçıvanda SON DURUM: Xanın kadrları ÜSUL DƏYİŞİR... - İLGİNC İDDİALAR...
***
Bir neçə gün bundan əvvəl Zəbur həkim xəstəxananın bir xadiməsini bərk danlayıb. Səbəb həmin xadimənin xəstələrdən birinin yemədiyi südaşını yeməsi olub. Təsadüfən bu "yeyinti"ni suç üstü yaxalayan Zəbur həkim cin atına minib xadiməni bütün kollektivin yanında biabır edib, vicdansız, oğru, acgöz, ümumxalq malını yeyən parazit və s. adlandırıb.
Bu gün Zəburun özünün yeyintisini yoxlayırlar. Görən ondan neçə 100 milyon yeyinti çıxacaq. Naxçıvan məmurlarının nəzərincə, südaşı yemək oğruluq, 100 milyonlarla manat yemək isə qabiliyyətdir ki, o da zavallı "sanitarka"larda yoxdur.
***
Naxçıvan MR Səhiyyə Nazirliyinin bütün rəhbərləri və bütün baş həkimlər bu DTX-ya çağırılıb və ifadələri alınıb.
***
Qara Pişiyin dediyinə görə, Naxçıvanın Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov da cəh-cəh vurmaq üçün Bakıya gətirilib.
***
Bu gedişlə Naxçıvanın bütün rəhbərliyi DTX-nın zirzəməsində öz toplantılarını keçirməli olacaq.
***
***
dia-az.life olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...