Müştəri `Kontakt Home` la bağlı digərlərini UYARDI - "Çox inanmayın onlara..."
Tarix: 5-01-2023, 11:25 |
Çap et
DİA.AZ: - ""Kontakt Home"a telefon almaq üçün yaxınlaşdım. Daxili kreditlə istədim əldə edim... Rəsmi iş yerim olduğu üçün "problem yoxdur" dedilər. Amma..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Asim Əliyev adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş bildirir: “12 aya kimi faizsizdir dedilər, iki telefon alacam dedim. Rəsmiləşdirmə üçün yaxınlaşdım 240azn telefonun daxili satış endirimsiz qiyməti idi.7 faiz xidmət haqqı, olsun 510 manat. Yekun qiymət dedi 51.16 azn bu da 12 aya 610 manat yuxarı, dedim 100 manat nəyindi? Dedi vinil pulu, antivirus proqramlar yazılmalıdır. Ad faizsizdir, ama belə necə lazımdı faiz gəlirlər. Bir kart qiymeti 220m 440m edir bele ise 610m bu da faizsiz, hələ 18 ay faizlə idi gorun nə qədər yenə əlavə pul gələcəkdi. Çox inanmayın onlara”.
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...