"`Bizim Ev` MTK bizim evlərə GÖZ DİKİB" - Sakinlər ÇARƏSİZ DURUMDA
Tarix: 1-03-2023, 11:21 | Çap et
Birincisi, ondan başlayaq ki, yüksək mərtəbəli binalar tikən Mənzil Tikinti Kooperativləri ( MTK ) tikintiyə icazə almaq üçün bəzi icra hakimiyyətlərinə və bəzi qurumlara külli miqdarda rüşvət verirlər. İkincisi, məmurla sövdələşən MTK rəhbəri binanın tikiləcəyi ərazidə yaşıllıqları məhv edir və şəhərin ekologiyasına dəhşətli ziyan vurur. Bu təzə problem deyil. Hələ illər öncə, daha doğrusu, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində bu məsələyə çox kəskin münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”. Açıq deməliyik ki, bu məsələdə MTK rəhbərləri ilə yanaşı icra başçılarının, memarların da günahı var. Digər problem odur ki, binalar tikib milyonlar qazanan MTK rəhbərləri təkcə yaşıllıqları məhv etmir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar. Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Məlumdur ki, qaydaya görə, bina tikən MTK rəhbərinə yeni binanın ətrafında 100-dən artıq ağacın əkilməsi tapşırılır. Ağac əkmək, onları kəsənlərin başlarına dəysin, olan yaşıllığı məhv etməsinlər. Belə MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Yeri gəlmişkən, MTK-ların yaşıllıqlara ən çox qənim kəsildiyi rayonlar Yasamal və Nəsimi rayonlarıdır. Bəli, “Bizim Ev” MTK da neçə vaxtdır ki, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində tikinti aparır. Tikinti vaxtilə məşhur olan “Məhsul” stadionunun soyunub-geyinmə zalını da zəbt edib. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, məhəllədaxili əraziləri zəbt edib, vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına, poliqona çevrilib. Onlar voleybol meydançasını zəbt ediblər. Bircə onu deyək ki, həmin ərazinin tikintidən əvvəlki fotolarına baxan olsa, dəhşətə gələr. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar… Görəsən, FHN, Yasamal icra hakimiyyəti bu boyda qanunsuzluqları görmür..? Tikintinin getdiyi məhəllənin sakinləri haralara, hansı dövlət qurumlarına şikayət etməyiblər..? Qanunsuz tiknti nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə də ziyan dəyib, bu 100 minlərlə ziyanı kim ödəyəcək..? Onu da qeyd edək ki, yeni tikilən binanın pəncərələrindən məhəllə sakinlərinin evlərinin içi görünür. Bu dözülməz haldır. “Bizim Ev” MTK-nın sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Hətta qeyd etdiyimiz ərazidə tikilən binaya Əsabil Qasımovun qardaşı oğlu Elvin Qasımovun nəzarət etdiyi də bəllidir. Allah belə nəzarəti kəssin. Hələ bu harasıdır..? Özünü İmişli Mürşüd adlandıran birisi, dünənə qədər rayonda dana otarırdı. İndi gəlib Bakıda tikinti biznesi ilə məşğul olur və şikayət edən sakinlərə deyir ki, mənim qabağımda kimsə dayana bilməz. Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs...? Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..? P.S. Yasamal rayonu Zərdabi küçəsi "Bizim Ev" MTK-nın yerləşdiyi ünvana bir Ali qonaq gəlsə hər an təhlükə mənbəyi olan bu binanın tikintisinə icazə verən şəxslər görəsən vəzifələrini qoruya biləcəkmi? //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|