DİA.AZ: - Sabirabad rayonunun Qardaş kənd ərazisində rəsmən ekoloji teror yaşanılır və ilk dəfə deyil. Bu brədə DİA.AZ-a sakinlər adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri bildirir ki, Sabirabad rayonunun Qardaş kənd ərazisində göllərdə balıqlara qənim kəsilən kimlərdi, müəyyən edə bilmirlər və rəsmi qurumlar da bu olaya heç bir formada müdaxilə etmirlər.
Sakinlər dia-az.life-a yazır: "Ərazi üzrə bələdiyyə sədrindən və icra nümayəndəsindən, digər qurumlardan, xüsusən də Ekologiya və TƏbii Sərvətlər Nazirliyinin yerli idarəsindən xahiş olunur ki, bu problem araşdırılsın.
Artıq neçə dəfədir ki, həmin ərazidə bu sintetik torlarla balıqları məhv edirlər..."
Qeyd edək ki. vətəndaşlar dia-az.life-a fotoları da təqdim ediblər:
Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxslərin mövqeyini dia-az.life olaraq dinləməyə hazırıq...