"Burda hər şeyin ÖZ QİYMƏTİ VAR..." - ETİRAZ
Tarix: 14-04-2023, 17:35 |
Çap et
DİA.AZ: - "Türkiyə vətəndaşı olan dostumla "OMD" adlanan xəstəxanada oldum. Gördüklərim birmənalı olaraq dəhşət idi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Savalan Talıblı "OMD" kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rastlaşdığı mənzərədən bəhs edərək bildirib.
"Orada çalışan tibb bacıları və xadimələr xəstələrdən beş manat almaqdan ötrü dəridən-qabıqdan çıxırlar" deyə etirazını ifadə edən S.Talıblı yazır:
"Hərəsinin öz qiyməti var. Tibb bacıları 10 manat , xadimələr 5 manat. Bu qiymətləri kim müəyyən edib. Oradakı fırıldağa diqqət yetirin. Xəstənin yanına valideyin buraxılmır.
Tibb bacıları xəstəni özü gətirir və səndən bir dəfə pulu "qapazlayıb alır". Ardınca da xadimə gəlir. O da səni "qapazlayır"... Bu biabırçılığın qabağını alan olacaqmı? Dövlət xəstəxanalarında hələ də bu cür özbaşınalıqlar var".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...