Bakının Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında “Orbita” MTK-ya məxsus binada çat yaranıb.
DİA.AZ Pravda.az-a istinadla xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov video paylaşıb.
Bildirilib ki, ərazidə kran işləyir.
Sosial şəbəkələrdə paylaşılan videoya şərh yazan istifadəçilər binanın yenidən yoxlanması üçün çağırış ediblər.
Şirkətin rəsmi saytındakı telefon nömrələrinə zəng edilsə də, cavab verilməyib (Pravda.az).
DİA.AZ xatırladır ki, buna qədər "Kristal Abşeron"a aid binalar ortadan çat vermişdi... Və sözügedən şirkət çat yerinin üstünü sıvamaqla vəziyyətdən çıxmış kimi göründü.
Aşağıda təqdim edəcəyimiz video-dan aydın olur ki, "Orbita" MTK da eyno yöntəmlə problemi yoluan qoymağa çalışır...
Normalda isə vətəndaşlar ilk növbədə çat verən binada evakuasiya olunmalıdır. Bu hal isə nə "Kristal Abşeron"un çat verən binalarında, nə də "Orbita MTK"nn binasında müşahidə olunmadı və olunmur da...