DİA.AZ: - "Şikayətim "Mərcan" toyuqlarındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Toyuğun paketindən az qala özü boyda buz parçası çıxır çəkini artırmaq üçün. Buz parçası paketin içindən çıxıb yəni aldığım mağazalıq da deyil, sırf Mərcan şirkəti ilə bağlıdır.
Paylaşdım ki hər kəsin xəbəri olsun, bu toyuqlardan almayın".
Qeyd edək ki, L.Əhmədovanın paylaşımı sosial şəbəkədə geniş müzakirə olunub. İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərfi də dinləmıəyə hazırıq...