Ramiz Mehdiyevə hədiyyə göndərən məmurlar... - Pandemiyada toyuna risq edib gedirdilərsə...
Tarix: 4-05-2023, 12:15 |
Çap et
DİA.AZ: - Dünən 85 yaşını qeyd edən Prezident Adminitrasiyasının sabiq rəhbəri Ramiz Ənvəroviç Mehdiyevə hələ də sədaqət nümayiş etdirənlər var. Və həm də məmurlar - görəv başında olanlar sırasında. Bu barədə DİA.AZ-a danılşan məlumatlı mənbə iddia edir ki, Mehdiyevin ad günündə iştirak edən məmurlarla yanaşı, ona kənardan hədiyyə göndərənlər də olub: "Yəni iştirak etməsələr, də üzr istəyərək hədiyyə göndəriblər..."
Xatırladaq ki, Ramiz Mehdiyevin bir neçə il əvvəl pandemiyaya düşən məclisi zamanı böyük rezonans yaranmışdı. Belə ki, karantin qadağalarına rəğmən onun nəvəsinin toyuna gedənlər olmuşdu ki, onlar barəsində də cəza tədbirləri görüldü.
Bunu xatırladan mənbə qeyd edir ki, əslində indi belə bir qadağa yoxdur, amma Ramiz Mehdiyevin hazırki iqtidarla uyuşmayan yönləri səbəbdir ki, onun doğum günündə məmurların iştirakı anlaşılan təəssüratı yaratmasın.
Mənbə dia-az.life-a bildirir: "Ona görə də Mehdiyevin ad günü məclisində 2-3 məmur iştirak etsə də, 10-dan artıq icra başçısı və nazirlik çalışanı ona hədiyyə göndərməyi özünə borc bilib".
Onlaarın kimliyinə gəlincə isə... Bu barədə növbəti yazımız olacaq...
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləməyə hazırıq...