Şüvəlan bələdiyyəsinin sədrinin “saxta sənəd” biznesi - İDDİA
Tarix: 16-05-2023, 16:31 |
Çap et
Daha bir bələdiyyə sədrinin başı cəncəldədir.
DİA.AZ bildirir ki, Gundelik-baku.com-a daxil olan məlumata görə, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov başqasının adına çıxarışı olan torpaq sahəsinə saxta sənəd kimi hesab edilən bələdiyyə sənədi verib. Artıq məsələnin araşdırıldığı da iddia olunur (bu barədə daha geniş material olacaq -red.).
Qeyd edək ki, mənbə bu məsələ ilə bağlı hüquq eksperti ilə də əlaqə saxlayıb.
Ekspert bildirib ki, bu kimi qanunsuzluqlar olduğu təqdirdə, cinayəti törədən vəzifəli şəxs cinayət məcəlləsinin 308,309,311,312-ci maddələri ilə ittiham olunmalı və Azərbaycan Respublikasının qanun məcəlləsinə görə 14 ilə qədər azadlıqdan məhrum edilməlidir.
Əlavə bilgilər olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...