“Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara” - Göygöl Milli Parkından şikayət var...
Tarix: 1-07-2023, 09:43 | Çap et
 14 il Göygöl Milli Parkında çalışmış Müşfiq Atayev deyir ki, onu qoruqda baş verən qanunsuzluqlara göz yummadığına görə cəzalandırıblar. O, hələ işlədiyi vaxtlarda qoruqda baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər edib. Şikayəti əsasında əraziyə yoxlama göndərilib, nöqsanlar aşkarlanıb.
“Müxtəlif fermerlərin mal-qarası Göygöl Mərkəzi Parkının ərazisinə buraxılır”
Müşfiq Atayev Göygöl Milli Parkında təsərrüfat müdiri olub. O iddia edir ki, çalışdığı müddətdə işinə həmişə məsuliyyətlə yanaşıb, nəticədə bir sıra mükafatlara layiq görülüb. Onun sözlərinə görə, bu quruma 2020-ci ildə İlham Məmmədov rəhbər təyin olunandan sonra vəziyyət dəyişib:
“O, əvvəl balıq zavodunun müdiri olmuşdu. Gələndən o əhval-ruhiyyədə idi ki, qoruqdakı işçiləri təmizləsin, öz adamlarını gətirsin. Deyirdi ki, “ərizənizi yazın, gedin”. Gah anbarı yoxlatdırdı, gah komissiya təşkil elətdirdi, heç nə tapmadı. Mənim vəzifəmi dəyişib, bələdçi elədilər. Yenə işimin öhdəsindən gəlirdim…”.
Müşfiq Atayevin sözlərinə görə, Göygöl Milli Parkının ərazisi 12 min 755 hektardır. Bunun da 6 min 755 hektarı qoruq hesab olunur.
Şikayətçi deyir ki, parkın ərazisində bir tərəfdə turistlər gəzdiyi halda, digər tərəfdə də tez-tez mal-qaraya rast gəlmək olur. Həmin mal-qara isə əraziyə özbaşına gedib çıxmır:
“İşlədiyim vaxtlarda bununla əlaqədar dəfələrlə şikayət elədim ki, tədbir görülsün, ayıbdır. Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara… Elə həmin şikayətlər də axırda işimin itirilməsi hesabına başa gəldi. Araşdırmalar zamanı məlum oldu ki, müxtəlif fermerlərin mal-qarasıdır, razılaşdırılmış qaydada ora buraxılır. Bu problemi İlham Məmmədovun da nəzərinə çatdırmışdım. Mənə deyirdilər ki, guya nazirliklə razılaşdırılıb”.
“Nazirə də problemi dedim, üç gün sonra özümü nazirliyə çağırdılar…”
Müşfiq Atayevin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Göygölə səfəri zamanı onunla görüşüb, parkın ərazisinə mal-qara buraxılması problemini onun da nəzərinə çatdırıb. Nazir ətrafda olan şəxslərdən birinə göstəriş verib ki, məsələ qeyd olunsun və araşdırılsın:
“Üç gün sonra məni Bakıya – nazirliyə çağırdılar. Orada sorğu-sual elədilər. Rayona qayıdandan sonra dedilər ki, nazirlikdə İlham Məmmədovun dostu var. Amma nazir mənim dediklərimin araşdırılması üçün göstəriş vermişdi, onun əsasında 10 saylı Regional İdarənin işçiləri gəlib Göygöl Milli Parkında yoxlama aparmışdı. Nəticədə xeyli qanunsuzluqlar aşkarlanmışdı”.
“Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”
Müşfiq Atayev bir müddət öncə Əmək Məcəlləsinin 68.2 (b) maddəsilə (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunub. Lakin o hesab edir ki, qanunsuzluqlara göz yummadığına, korrupsiyanı dilə gətirdiyinə görə onunla müqaviləni uzatmayıblar. Deyiblər ki, işçiyə ehtiyac yoxdur, ixtisar gedir: “Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”
Göygöl Milli Parkının rəhbərliyi isə Müşfiq Atayevin onlara böhtan atdığını iddia edir. Parkın işçiləri bu barədə akt da tərtib edib və imzalayıblar. Orada göstəriblər ki, Müşfiq Atayev böhtan atır, bu üzdən onunla birlikdə işləmək istəmirlər.
Müşfiq Atayev isə düşünür ki, keçmiş iş yoldaşları onun əleyhinə akta təzyiq altında imza atıblar.
O, Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət strukturlarına şikayətlər göndərib. Gileylənir ki, dövlət orqanları şikayətlərini araşdırmaq əvəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirir.
Bir neçə il öncə qoruqda ona xəsarət yetirmişdilər…
2016-cı ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxsin parkın işçisinə ağır xəsarət yetirməsi haqda rəsmi açıqlama yaymışdı. Həmin açıqlamada söhbət Müşfiq Atayevdən gedirdi.
Hadisə 2016-cı il iyulun 21-də səhər saat 07:30 radələrində baş verib. Bir neçə nəfər qoruğa girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Növbədə olan Müşfiq Atayev parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışıb. Lakin həmin şəxslər razılaşmayıb. Nəticədə ona ağır xəsarət yetiriblər.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
|