Tovuz Rayon Mərkəzi Xəstəxaanasında qeyri-adi olay – Baş həkim “qlazok”dan baxır - NONSENS
Tarix: 6-02-2014, 10:50 |
Çap et
DİA.AZ: - Öklə başçısı İlham Əliyev dövlət məmurlarının əhaliyə daim keyfiyyətli xidmət göstərmələri, ərizə və şikayətlərinə vaxtında baxmalarını tapşırsa da çox yerlərdə prezidentin dediklərindən nəticə çıxarılmır. Dövlət təşkilatlarını məmur öz bildiyi kimi idarə edir. Hətta bu zaman gülməli olaylar da yaşanır. Elə DİA.AZ-a verilən məlumatlardan da bu aydın olur.
Məsələn, Tovuz Rayon Mərkəzi Xəstəxanasında bu hal “gülünc” vəziyyəti alıb. Belə ki, əyləşdiyi otağın qapısının üstündə vətəndaşların qəbul günlərini göstərən lövhənin olmaması bir yana, üstəlik otağın qapısına “qlazok” da qoyulub. O, qapı döyülərkən “qlazok”dan baxaraq vətəndaşları qəbul edir. Mərkəzi xəstəxananın baş həkimi Paşa Muradovun bu xoşagəlməz hərəkəti rayonda ictimaiyyət arasında da böyük rezonans doğurub.
Qarşı tərəfi də dinləməyə hazırıq...