Daha 7 rayonun rəhbəri ilə bağlı qərar veriləcək - İDDİA
Tarix: 19-07-2023, 11:05 |
Çap et
DİA.AZ: - Əhəd Abıyevin Daşkəsən RİH başçısı postundan alınması ilə yerli KİV-də sıranın hansı icra başçısında olacağı haqda müxtəlif informasiyalar paylaşılmaqdadır. DA.AZ bildirir ki, ilk adları çəkilənlər Samux və Xocavənd rayonlarının rəhbərləridir. Amma bu da hamısı deyil.
DİA.AZ-a daxil olan informasiyadan aydın olur ki, daha 5 rayonun rəhbəri ilə bağlı qərar veriləcək... Onların kimlikləri də açıqlanır:
1. Lənkəran ŞİH başçısı Taleh Qaraşov;
2. Şəki RİH başçısı Elxan Usubov;
3. Qusar RİH başçısı Şair Alxasov;
4. Füzuli RİH başçısı Alı Alıyev;
5. Yasamal RİH başçısı Elşad Həsənov
DİA.AZ onu da xatırladır ki, eyni zamanda yerli KİV-də ilin sonlarına yaxın referendumun keçiriləcəyi və ümumiyyətlə, icra başçısı postunun ləğv olunacağı haqda da informasiyalar yayılıb.