"Az bu camaatın haqqını yeyin" - NARAZILIQ VAR!
Tarix: 20-07-2023, 11:14 |
Çap et
DİA.AZ: - " "Bravo"dan məhsul almışam, kartla geri qaytarmışam..." DİA.Az bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Demək, ödəmə, dedilər 3 gün ərzində karta oturacaq. 3 gün keçdi dedilər 5 gün sonra...
5 gün də keçdi... dedilər 7 gün... Fırıldaq yığını! Guya bankdan köçürmə olmalıdır...
Banka zəng vurdum, deyir, biz həmin gün ödəmə edirik... "Bravo"luqdur...
"Bravo Müştəri Xidmətləri", az bu camaatın haqqını yeyin..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...