DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə Neft Dşlarında çalışan işçilərin haray səsini ifadə edib. DİA.AZ bildirir ki, NHMT-yə ünvanlanan müraciəti ARDNŞ prezidenti cənab Rövşən Nəcəfə xitab edərək açıqlayan M.Qəhrəmanlı bildirir:
"Neft Daşlarından yazdılar ki: Neft Daşlarında işçiləri işə aparıb gətirən maşınlar o qədər köhnədir ki, səhər - səhər xoda getmir. 80- çi illərin QAZ 53 , ZİL maşınlarından hələ də istifadə olunur. Bu dərd yarıdır, maşınların şinləri sıradan çıxıb, ehtiyat hissələri də verilmir. Və təklif etdilər ki: Növbəti dəfə Neft Daşlarına futbol oynamağa gələndə qonaqlarınızı həmin maşınlara mindirib o yana sürdürün, bu yana sürdürün. Onlarda elə nastalji hisslər oyanacaq ki ... Xüsusən xarici qonağınızda. Elə biləcək sovetdən qalma maşınlar üçün muzey yaradılıb..."
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...