Fransadan rəsmi qaydada Elşad Abdullayevin həbsi istənilir - Bakıda da vəziyyət qarışacaq
Tarix: 11-02-2014, 15:49 |
Çap et
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı mövcud mücərrədliyə son qoyulmaq üzərədir. Bu gün isə redaksiyamıza bununla bağlı maraqlı bir informasiya daxil olub.
Məlumatı DİA.AZ-a verən mənbə iddia edir ki, Elşad Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsi üçün tədarük görülür: «Hələlik bu barədə məsələ o qədər də ictimailəşdirilməsə də, yaxın günlərdə belə bir addım atılacaq».
Mənbə iddia edir ki, Elşad Abdullayevin həbsi rəsmi qaydada onun sığındığı Fransa hökumətindən istəniləcək: «Bu tələblə yanaşı, Bakıda da həbslər həyata keçiriləcək».
Konkret olaraq kimlərin həbs olunacağına gəlincə isə, mənbəmiz bildirdi ki, Bakıda oturub, Elşad Abdullayevə dəstək verən çevrə bu həbsdə əhatə olunacaq.