Şəkidə Şəhid ailəsi Prezidentə MÜRACİƏT ETDİ... - Yerli məmurların HOQQABAZLIĞI...
Tarix: 5-09-2023, 12:22 | Çap et
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvaanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.
"Sizin biz şəhid ailələrilə bağlı qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Sosial Təminat Nazirliyinin Sosial Xidmət Agentliyinin sründürməçi məmurları son altı ayda 3 -4 dəfə evimizə zəng edərək «Sizə ev tikilməlidir, buna hazırlaşırıq, gələcəyik və s boş boş söz və vədlərlə qanimizi qaraldırlar. 12 ildir ki, ev gözləyirik ki, gəlib tikəcəklər. Amma bu bürokratlar kiminsə tapşırığı əsasında bizim heysiyyatımızla oynayırlar. Biz də avqustun 30-da Sizə bu barədə müraciət etdik. Elə mərəkə də bundan sonra qopdu. Öz kölgəsindən qorxan yerli məmurlar əl ayağa düşdülər və mənim əmimoğlu Yaşardan istifadə edərək yerli KİV-də əsası olmayan uydurmalar yazdırdılar. Amma şəxsən gəlib mənim yaşadığım şəraitlə şəxsən tanış ola bilərsiniz. Yerli KİV-də 30 avqust 2023-cü il tarixli sayında mənim Əhməd əmimin oğlu, Əbdürrəhimov Yaşar “ Şəhid anasının son arzusu” sifarişli yazı çap etdirmişdir. Yazıda qeyd edilir:
“Bir neçə gün əvvəl mətbuat səhifələrində qələminə hörmət etdiyim bir jurnalist tərəfindən Şəkinin Aşağı Göynük kəndindən olan şəhid Faiq Əbdürrəhimovun anadan olduğu evin fotosu yayımlanmışdı. Yazıdan belə çıxırdı ki, şəhidin özü də daxil olmaqla 5 qardaş və 3 bacı bu daxmada anadan olublar. Şəhidin anası və onunla birgə yaşayan kiçik oğlunun ailə üzvləri hələ də bu daxmada yaşayırlar.”
Yazının uydurma davamı haqqında ümumiyyətlə danışmaq istəmirəm.
Qısa cavab verirəm ki, bəli şəhid anası olan Məfkurə anama son 6 ayda 3 dəfə Sosial Təminat Nazirliyindən bir cavan oğlan zəng edib sizə ev tikilməlidir, bu işə baxılacaq deyib dəstəyi qoyurdu. Sonuncu zəngdən sonar anam çox əsəbiləşdi. Dedi, Sadıx bizim fikrimizi dövlətimizin başçısına çatdır ki, bu adamlar bizi barmağına dolayırlar. Gah nazirlikdən zəng edirlər, gah da Şəki İH –dən başçının müavini Orxan Hüseynli imzası ilə evimizə 02.09.2022 tarixli məktub göndərib qeyd edirlər ki, “2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan ( şəhid ailələri) ƏƏSMN tərəfindən 2014-2028-ci illər ərzində mərhələrlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur. Şəhid ailələri ilə yanaşı sizing də mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsləsinə növbəlilik qaydasında baxılacaqdır.” Halbuki, cənab Prezidentimiz göstəriş verib ki, Azərbaycanda şəhid ailələrinin mənzil problem 2025-ci ilədək həll olunacaq.
Baxın, bizim də ərizəmiz bu rəsmi məktuba etiraz olaraq yazılmışdır. Biz məktubda göstərməmişik ki, hazırda anadan olduğumuz və 1995- ci ilə qədər yaşadığımız daxmada hazırda da yaşayırıq. Xeyr. Amma İcra Aparatının işçisi olan əmim oğlu isə yazır ki, şəhidin özü də daxil olmaqla biz 8 uşaq bu daxmada anadan olmamışıq, yaşamamışıq. Yalandır. Mənim şəhid qardaşım Faiq ömrünün 24 ilini bu daxmada yaşamışdır. Bu daxmadan 2 illik hərbi xidmətə ALMANİYAYA GETMİŞDİR, BU DAXMADAN 1992-ci ildə əvvəv Zəngilan , sonar Fizuli istiqamətində döyüşmüş və son mənzilə yola salınmışdır. Bu daxmada biz 8 uşaq qışda syuqdan “it balası” kimi səhərədək zığıldamışıq. Amma uzun müddət kolxoz sədri olan Əhməd əmim yaşayışımızı görürdü.
Ermənilər “Şəkili Faiq” kimi ad qazanmış qardaşımın başına 3 milyon rubl məbləği elə belə qoymamışlar. Şəhid qardaşım 1 gün də olsa sonradan tikilən 2 otaqlı daş evdə yaşamamışdır. Məqalədə isə guya bu evin 40 il əvvəl tikildiyi qeyd edilir. Yazdığımız ərizəni təqdim edirik:
****
“ƏƏSMN -nin SXA-yi rəhbərliyinin mənzillə təmin olunması zamanı ailəmizin süründürməçiliyinə son qoyulması və şəhid ailələri arasında ayrıseçkiliyin dayandırılması” barədə
Ş İ K A Y Ə T ƏRİZƏSİ Təkrar
CƏNAB PREZİDENT SON 3 ildir ki, BU MƏNİM SİZƏ 6-CI MÜRACİƏTİMDİR. ƏƏSMN-yi MƏNƏ FORMALİZM XATİRİNƏ DƏ OLSA CAVAB VERMİRLƏR. Ona görə də ŞƏHİD ANASINA QARŞI OLAN BU HÖRMƏTSİZLİYİ İLK NÖVBƏDƏ SİZ ALİ BAŞ KOMANDANA OLAN HÖRMƏTSİZLİK KİMİ QƏBUL EDİRƏM.
Xatırladım ki, Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.
Bildirim ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 11 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda olanların əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük.
Cənab Prezident Siz öz rəsmi çıxışlarınızda bildirisiniz ki, 2025-ci ilədək bütün şəhid ailələri mənzillə təmin olunacaqlar. Amma Sizin yerli məmurlarınız mənə rəsmi məktub göndərib yazırlar ki, 2028-ci ilədək Sizə mənzil növbənizə uyğun olaraq evlə təmin olunacaqsınız. Bu süründürməçilər sadəcə mənə həqarət edirlər. Və yaşımın bu vaxtında bu bürokrat cavabla mənə utanmazcasına bildirilər ki, «SƏN MƏNZİL ALACAĞIN GÜNÜ GÖRMƏYƏCƏKSƏN!»
12-ci ildir ki, rəsmi növbə ilə gözləyirəm. Növbəyə duranda şəhid ailələri arasında 11-ci idim. Yada salım ki, 2020-ci ildə 22 ev və mənzil rayonumuzda tikilib şəhid ailələrinə verildi. ƏƏSMN nazirliyi isə hər dəfə məni ələ salmaqla məşğuldur. Dünən də məlumat yayıldı ki, Əmək Nzirliyi 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı adlı fiziki şəxsə 2.5 milyon manatlıq dövlət sifarişi verib ki, Bakı, Gəncə, Mingəçevir, Şəki, Qax rayonlarında şəhid ailələrinin mənzillə təmin olunmaları üçün evlər alsın. Digər tərəfdən də Bibiheybət tərəfdə jurnalistlər üçün inşa edilən binadakı mənzillərin də şəhid ailələrinə verilməsi barədə göstəriş vermisiniz. Əgər dövlətimiz çox düzgün olaraq şəhid ailələrinin mənzillə təmin olunması üçün bu qədər vəsait xərcləyirsə, o zaman yerli məmurlar niyə mənə 2028-ci ili gözləməyimi məsləhət görürlər?
Cənab Prezident çox xahiş edirəm mənim 12 il gözlədiyim mənzil problemimin həll edilməsini şəxsi nəzarətinizə götürəsiniz. Çox sağ olun.
Hörmətlə, şəhid anası Məfkurə Əbdürəhimova.
Əlaqə 050-531 1828 tarix: 26 avqust 2023-cü il.
***
Yəni, nöqtə və vergülünə toxunmadığım ərizəni sapı özümüzdən olan əmimoğlu Yaşar niyə oxuya bilib düzgün nəticə çıxarmayıb. Yəqin vəzifəsindən qorxub belə canfəşanlıq edib. Böyük qardaşım Namiq ona 31 avqustda zəng edib niyə trolluq edirsən? soruşanda etiraf etdi ki, hələ mən sərt yazmışdım, dedilər bu hissələri sil.” Mən də sildim. Bu adam sifariş yerinə yetirdiyini və buyruqqulu olduğunu özü etiraf edir. Niyə 4 ay əvvəl hazırda Şəki şəhərində məcbvuri kirayədə yaşayan bacım Şəhlə 2 azyaşlı atasız uşaqla işsiz qaldığını və bir əmioğlu kimi adi bir iş tapmaqda köməklik et xahişini nəzərə almadı? İndi yazır ki, guya biz villada yaşayırıq. Halbuki, 5 nəfərin yaşadığı 28 kv.m evdə daş divarlar hər tərəfdən çat verib, qəzalı vəziyyətə düşüb. (fotolar əlavə edilir) Yaşamağa tam yarasızdır. 4 bal zəlzələ olsa 5 nəfərlik ailəmiz məhv olacaq. Digər tərəfdən şərait olsaydı bacım Şəhla da 10 və 12 yaşlı atasız uşaqları ilə gəlib Yaşarın dediyi kimi tam “ŞƏRAİTLİ” evdə qlardı. Mən bilmirəm ailəmiz bacı qardaşlarımız 1995-ci ilə qədər gözümüzü açandan bu daxmada yaşamış və sonar 2019-cu ilə qədər də bu təmirsiz və qəzalı evdə yaşamışıq. Qaldı min bir əziyyətlə böyüdüyümüz daxmaya. Yaxşı edirəm fotosunu sənədə əlavə edirəm. Bu gün də bu daxma həyətimizdədir. Həyətdəki yarasız evimiz uçanda yenə ailəmizlə bu daxmada yaşayacağıq. Mən Şəki şəhərində “Soyuq bulağın” alt tərəfində Mədəniyyət Nazirliyinin “Turbaza”sının 3 ha ərazisində ( dövlət torpağında) haramzada məmurların dövlətdən oğurladığı pullar hesabına qanunsuz tikdikləri 19 ədəd milyonluq villalarının fotosunu qoymamışam ki?
Sənin məqsədin bu olub ki, Prüezident Aparatına arayış vermək üçün təcili olaraq bizə cavab yazıb özlərinin savadsızlığını və erməni xislətli olmalarını, Şəki İH-nin Təsərrüfat Şöbəsi müdiri Orxan Musayevin rəsmən 77 yaşlı şəhid anasına 2028-ə kimi gözlə onda ev görərsən yazan tiplərə yarınmaqla əmin ailəsini deyil, öz şəxsi maraqlarını güdürsən. “Arxalıya arxa durma, deməsinlər yamaqdır, arxasıza arxa dur ki, qoy desinlər dayaqdır.” Ay əmim oğlu Əbdürrəhimov Yaşar.
Mən, biz şəhid ailəsinin ev məsləsini hər dəfə qaldıranda başımıza faciələr gəlir. 2019-cu ilin noyabrın 19-da Şəkidə “Tac” şadlıq evində iki nəfər həmkəndlilim ( Nazim kik-boks üzrə Azərbaycan çempuonu olmuş) məni bayıra çağırıb ölümümə döydülər. Dişlərim və burnum sındı. 20 gün ağır vəziyyətdə evdə tərpənmədən yatdım. Şəki polis rəisi Azər Muradov Nazim və Rasim adlı bu quldur Azərbaycan çempionunun pulunu alıb azadlığa buraxdı. 2021 və 2022-ci illərdə bizə verilən pay torpaqda Şəkinin Qayabaşı kənd icra nümayəndəsi Cabir adlı dövlət məmuru ( məlumata görə Şəki İcra Hakimiyyəti Sosial-iqtisadi şöbənin müdiri olan və oliqarx kimi tanınan Xəluil Xəlilovun qohumu) özünə məxsus 110 baş iribuynuzlu və 230 baş xırdabuynuzlyu heyvanları salıb 4 ha yonca sahəmi otardı. Yenə polisdə ört basdır edildi. Hətta bu Cabir o qədər harınlamışdı ki, polisin yanında üstümə qışqırdı ki, bundan sonar da mallarımı salıb otaracam sən ölənə qədər.
2022-ci ilin martın əvvəlində qaynatam Hümmətov Ziyəddin Şəki polis rəisi Azərin təşkil etdiyi əməliyyatla narkotiklə şərlənərək həbs edildi. Sonradan kəndlimiz Sərxan boynuna aldı ki, mən bu iki qardaşın narkotiklə məşğul olması barədə yerli polisə məlumat vermişəm. Ziyəddinin adını çəkməmişəm.( səsə yazısı var) Amma əsas iki qardaş da həbs edilsələr də, onlar pullarını verib azadlığa çıxdılar. Məni cəzalandırmaq üçünsə qaynatamı şərləyib 3 il 6 ay həbs etdilər. Hazırda Şəki Apellyasiya Məhkəməsinə şikayət verilsə də iş 6 dəfə təxirə salınıb.
2022-ci ilin avqustunda anamın adından yenə ev məsləsini qaldırdıq. Dərhal Şəki Polis Şöbəsindən Araz adlı zabit anama zəng edərək təcili şöbəyə gəlib izahat yazmağı tələb etdi. Bu zabiti başa sala bilmədim ki, biz Daxili İşlər Nazirliyinə yox, ev üçün Sosial Təminat Nazirliyinə müraciət etmişik. Yox dedi, gəlib izahat yazmalısız. Bizə sifarişli təzyiqlər olanda görəsən əmimoğlu Yaşar niyə biz şəhid ailəsinin əhvalını soruşmadı? Əksinə hər dəfə öz işilə bağlı şəhid ailələrinə baş çəkib yardımlar paylayanda mənim əmimoğlum da şəhid olub deyirdi.
Yəni, anam istəyirdi ki, 35 yaşlı oğlu Həzini evləndirib bu mənzilə yerləşdirsin. Amma bizi 12 ildir süründürməçiliyə saldılar. Qardaşım Həzi də 2021-ci ildə qəfil vəfat etdi. Budur, avqustun 30-da Yaşar gəlib anama bacısı Pakizə xalanın vəfatı ilə bağlı baş sağlığı Verdi. Və camaatın içində xahiş etdi ki, Yaşar mənim cəmi 3 il ömrüm qalıb, gör bu ev məsləsini həll edə bilirsənmi? Baş üstə deyib gedən Yaşar səhəri günün 525.az saytına ağzına gələn sərsəm ifadələri sifariş əsasında yerləşdirib bizim şəhid ailəsinə qarşı rezin alət kimi istifadə olundu.
Bizə evin tikilib təhvil verilməsi ona görə bu qədər uzanır ki, Qonşu Biləcik kəndində yaşayan şəhid anası da 4 il əvvəl anama dedi ki, mən sizdən sonar uçota alınmışdım. 5000 manat verdim, gəlib evimi tikib təhvil verdilər. Deməli bizə qarşı ƏƏSMN-nin süründürməçiliyi 5000 -lə bağlıdır. Bizim də pulumuz yoxdur.
Biz dövlətimizin başçısından son dəfə xahiş edirik ki, kəndimizdəki 10 sot torpaqda ev tikilməsinə göstəriş verilsin ki, biz də, bacım Şəhla (iki atasız övladıilə)və anamla birlikdə qəzalı evimizi tərk edib yeni mənzildə yaşayaq".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|