Fərhad Əliyev Novruz bayramı ərəfəsində Bakıya dönəcək - Bayramı vətəndə qeyd edəcək
Tarix: 14-02-2014, 15:50 |
Çap et
DİA.AZ: - Keçən günlərdə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Almaniyada müalicə aldığı məlum oldu. Belə ki, qardaşının verdiyi açıqlamaya görə, ürəyindəki problemlərdən əziyyət çəkən Fərhad Əliyev hələ uzun müddət səhhətindəki problemlərlə əlaqədar müalicə almalıdır.
DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, Fərhad Əliyev Novruz bayramına yaxın Azərbaycana dönəcək. Bu barədə xəbəri verən keçmiş nazirin yaxınlarından biri bildirdi ki, bəzi mətbu orqanlarda onun Azərbaycana qayıtmaması şərtilə azadlığa buraxıldığı haqda deyilənlər əsassızdır.
Mənbənin sözlərinə görə, Fərhad və Rafiq Əliyevlər Novruz bayramını Azərbaycanda qeyd edəcəklər.