Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də DAR EDİBLƏR... - AİLƏSİ NARAHATDIR...
Tarix: 16-09-2023, 12:57 |
Çap et
DİA.AZ: - Həbsdə saxlanılan vətənpərvər jurnalistə vətənin məhbəsinini də dar ediblər. Bu barədə DİA.AZ-a hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri bildiriblər. Onların sözlərinə görə, S.Həsənoğlunun səhhətində problem olmasına baxmayaraq onun müalicəyə cəlb olunması saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən süni şəkildə əngəllənməkdədir.
Jurnalistin həyat yoldaşı Seyidova Nəzakət DİA.AZ-a açıqlamasında qeyd edib ki, Sənanın səhhəti günü-gündən pisləşsə də, Peniotensiar xidmətin bəzi işçilərinin qərəzi səbəbindən tanınmış jurnalist hələ də müalicəyə cəlb olunmayıb: "Sənan vətənini sevən bir adamdır. O dərdini kimə deməlidir? İndi Sənan müəlicə olunsun deyə, xarici ölkə səfirliklərinə ağız açmalıdır? Belə etməyin".
DİA.AZ bildirir ki, tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib.
Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi.
***
Məsələ diqqətimizdədir... Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq...