DİA.AZ: - Lənkəran şəhər sakini Mirmehman Miriyev yerli icra hakimiyyətindən şikayətçidir. DİA.AZ bildirir ki, o Xarrat Kooperativin rəhbəridir.
1990-cı ildən ümumi sahəsi 56 sot torpaq sahəsi ayrılıb və həmin ərazi sahibkar tərəfindən hasarlanıb. Onun sözlərinə görə 56 sot torpağın 38 sotunun sənədləri arxiv idarəsində itib və o, bununla bağlı aidiyyatı qurumlara müraciət etsə də, torpağın mülkiyyəti hansı quruma aid oldu məlum olmayıb.
Qeyd edir ki, bir müddət sonra isə ona məxsus olan ərazi Lənkəran şəhər icra hakimiyyətinin sərəncamı ilə başqa təşkilata verilib.
Şikayətçi bununla bağlı aidiyyatı qurumlara və yuxarı instansiyalara müraciət etsə də, onun işinə düzgün baxılmayıb. O, ölkə başçısına müraciət edərək köməklik göstərilməsini xahiş edir.
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...