DİA.AZ: - "Deməli, dünən ( 15 oktyabr ) "Trendyol"dan qeydiyyatdan keçib sifariş etdim səbətdəki qiymət 500-600 tl filan artdı dedim yəqin sistem xətasıdı fikir vermədim. Sonra baxdım ki, karqo pulu çıxılıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Şahlar Elşadoğlu Həsənov adlı istifaadəçi giley edir.
Narazı vətəndaş daha sonra yaazır: "Halbuki şəkildən də göründüyü reklamda deyirlər ki, ilk sifarişdə ödənişsiz karqo. Yazdım supporta ki, belə və yazdılar ki, kampaniya müddəti bitib və bu kampaniyanın müddəti qeyd edilməyib heç bir postda və ya başqa bir yerdə, amma göründüyü kimi sponsorlu reklamla davam etdiyi görünür. Bəlkə kampaniyanın müddəti qeyd edilən bir post və ya reklam görmüsünüzsə, qeyd edə bilərsiniz? Bildiyim qədərilə reklam haqqında qanunları pozublar..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...