Təhsilimiz GÜL AÇIB... AY CAN... AY CAN... - 3 katibəli məktəb direktoru...
Tarix: 31-10-2023, 09:40 | Çap et
Əvvəllər orta məktəblərdə rüşvətə səbəb kimi ilk növbədə əməkhaqqının aşağı olmasını bəhanə edirdilər. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, sertifikasiyadan yüksək bal yığmış müəllimlərin əməkhaqqı ölkə üzrə götürülən orta maaş səviyyəsinə gəlib çatıbdır. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı məktəblərdəki şagird sayına uyğun olaraq dəyişir ki, bu da ümumilikdə 1000 manatdan yuxarıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var – təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s… Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər. İstifadəyə meyilli rəhbərlərdən biri də 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərovdur. Əmək fəaliyyətinə 2001-ci ildə 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış Eldəniz müəllim 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-cı ildə 136№-li tam orta məktəbə direktor vəzifəsinə yüksəlmiş, 2021-ci ildən isə Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır. Bu şəxs işlədiyi məktəblərdə həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığaraq son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olubdu. Bu isə təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olubdu. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır. Onun bir vaxtlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş və indi də Şəmkir RİH başçısı olsa da təhsil sahəsində sözü keçən Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək. Deyilənlərə görə, bu il də müəllimlər günü münasibətilə 252 nömrəli məktəb-liseydə yenidən yığım həyata keçirilibdi. Bildirilir ki, baş tutan “yığım əməliyyatı” məhz direktorun tapşırığına əsasən reallaşdırılıbdı. Təbii ki, bu da şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olubdu. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, himayədarı onun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olubdu.
Yeri gəlmişkən, məsələ ilə əlaqədar aktualxeber.az-a daxil oan informasiyalarda o da deyilir ki, E.Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə isə deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar əsasən birinci siniflərə yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyibdi. Çünki onun direktor olaraq öz prinsipləri var və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu “prinsiplər” ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktor… Əslində isə, valideynin “əziyyəti” və “təşəkkürləri” olur. Çünki direktora bir neçə dəfə “təşəkkür etmək” məcburiyyətində qalırlar. Deyilənlərə görə, o, məhz həmin “təşəkkürlər” hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edibdi. Bir maraqlı məqama da diqqət edək ki, özünü oliqarxlara bənzədən Eldəniz Əkbərovun 3 katibəsi var. Direktorun Səbinə Yusifova adlı katibəsinin adı işdə xadimə getsə də onun əlinə süpürgə aldığını görən olmayıb. E.Əkbərovun 136 saylı orta məktəbdən özü ilə gətirdiyi Bəhruz adlı gözətçini özünə “cangüdən” kimi işlədir. Kimsə narazılıq edəndə Bəhruz həmin adamı işdən çıxarmaqla hədələyir. Son zamanlar isə rüşvəti direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüseyn Həsənovun əliylə alır. Liseydəki rüşvətxorluğa görə digər məktəblərə yerdəyişmə edən şagirdlərə görə məktəbdə şagird sayı azalıbdı və 5 günlük dərs sisteminə keçilibdi. Ümidvarıq ki, tezliklə Elm və Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə ciddi yoxlamalar aparılacaq və qanunsuzluq edən günahkarlar da cəzalandırılacaqlar. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
|