Daha bir ENDİRİM FIRILDAĞI... - "Niyə xalqın, millətin cibinə girirsiz?"
Tarix: 23-11-2023, 11:21 |
Çap et
"`Rahat market`, mənim 41 qəpiyim çatmasaydı siz mənə bu xurmanı aşağı qiymətə verərdiniz?
Əlbətdə ki: Xeyr !!!
Bəs niyə mən "güya endirimdə olan" xurmanı vitrində yazılan qiymətdən 41 qəpik artıq pul ödəməklə almalıyam?
Söhbət təkcə məndən getmir, ümumi deyirəm... Niyə xalqın, millətin cibinə girirsiz? Bu oğurluqdan başqa bir şey deyil axı...
Kassada olan işçiyə sual verirəm deyirəm bu necə olur ki, vitrindədə eyni qiymətdir, barkoddada eyni qiymətdir amma kompiuterdə 41 qəpik artıq göstərir,
deyir: NƏ BİLİM VALLAH...
Əfsuslar olsun ki, bunun bir adı var, oda
CƏZASI OLMAYAN OĞURLUQ-dur..."
Şikayətçi: Bəhruz Nəsirli - Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...