"Biz hər işciyə görə Dövlətə aylıq 150 manat ödəmək fikrində deyilik" - ÖZBAŞINALIQ!
Tarix: 15-12-2023, 12:40 |
Çap et
"Dövlət Əmək Mufəttişliyi xidmətinin rəhbərliyini Dövlətə Xəyanət maddəsi ilə həbs etsinlər". Bu çaağırışı sosial şəbəkələrdə səsləndirən ictimai fəal Fazil Əliyev fikrini daha sonra belə əsaslandırıb:
"Belə ki, son 5 ildə onların hərəkətsizliyi nəticəsində, Azərbaycanda demək olar ki, bütün tikinti şirkətləri işçilərin 70% ini muqaviləsiz işlədir.
Əmək müfəttişliyi bu əməlləri ilə adınının önündə "Dövlət" sözü qoyub, əslində isə Dövlətin maraqlarını işbazların şəxsi maralqalrına qurban verirlər.
Artıq Sahibkarlar, Müqavilə istəyən işçilərə açıq aydın bildirir ki, "Biz hər işciyə görə Dövlətə aylıq 150 manat ödəmək fikrində deyilik" ".
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...