Artur Rəsizadə müalicə üçün İsrailə səfər edəcək – Səhhətində problemlər yaranıb
Tarix: 26-02-2014, 12:49 |
Çap et
DİA.AZ: - Məmurlar arasında özünün dişsizliyi ilə fərqlənən Artur Rəsizadə ilə vida günü uzaqda deyil. Bu barədə bir neçə gün əvvəldən məlumat verildi və qeyd olunurdu ki, Artur Rəsizadənin yerinə hazırda baş nazirin müavini postunu tutan Abid Şərifovun təyin olunması gözlənilirdi.
Hökumət içindəki etibarlı qaynaqlardan DİA.AZ-a daxil olan xəbərə görə, bu arada hələ vəzifəsində qalan Artur Rəsizadənin səhhətində problemlər yaranıb. Mənbə bildirir ki, gözündə davamlı şəkildə problem yaşayan baş nazir bu dəfə ürək ağrılarından şikayətmidir.
Mənbənin spylədikləri: “Dünən o, ciddi müayinədən keçib. Və ola bilsin ki, gələn ay İsrailə - səhhətindəki problemlərlə əlaqədar səfər etsin”.
Bildirək ki, baş nazirin səhhətində problemlərin yaranması onun yola salınmasını daha da sürətləndirə bilər.