Daha bir bankın da fəaliyyəti əngəllənir - «Bank of Baku» «dimdiyindən ilişir»
Tarix: 3-03-2014, 17:08 |
Çap et
DİA.AZ: - Daha bir bankın fəaliyyətinə qadağa qoyulur. Xatırladaq ki, buna qədər də Azərbaycanın bank sektorunda Mərkəzi Bank tərəfindən fəaliyyəti yasaq edilən banklar olub. Daha doğrusu, «lisenziya müddəti başa çatdı» bəhanəsi ilə bu günə qədər bir neçə bankın fəaliyyəti dayandırılıb. Sonuncu dəfə isə «Royal Bank of Baku»ya belə bir qadağa tətbiq edilib. Hansı ki, bu bankın adı həm də məşhur «Vikiliks» sənədlərində İranın çirkli pullarının yuyulma ünvanlarından biri kimi xarakterizə olunurdu.
Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, bu dəfə fəaliyyətinə qadağa qoyulan bank «Bank of Baku»durr. Xəbəri verən qaynaq iddia edir ki, əslində belə bir niyyət çoxdan var idi: «Təkcə «Bank of Baku»nun yox, həmçinin «UniBank», «KapitalBank» və «XalqBank»ın da fəaliyyətinə qadağa qoyula bilər».
Onu da bildirək ki, «Bank of Baku» ilə yanaşı, «XalqBank»ın da adı məşhur «Vikiliks» sənədlərində İranın mənfəətlərinə çalışan bank kimi xarakterizə olunub.