“Bakcell” beynəlxalq zənglərin qiymətini endirib
Tarix: 5-03-2014, 12:13 |
Çap et
“Bakcell” şirkəti beynəlxalq zənglərin qiymətini endirib. Bu məqsədlə şirkət beynəlxalq zənglər üçün müxtəlif zonalar üzrə tətbiq olunan tarifləri ləğv edib.
“Thuraya”, “İnmarsat”, “İridium” və s. peyk nömrələri istisna olmaqla, bundan sonra “Bakcell” abunəçiləri bütün istiqamətlərə beynəlxalq zənglərin 1 dəqiqəsi üçün 29 qəpik ödəyəcəklər.