Mehdiyevin bankı da buna görə İTTİHAM OLUNUR... - NARAZILIQ VAR...
Tarix: 23-02-2024, 12:44 |
Çap et
Bank “BTB” ötən ilin dekabr ayından etibarən ödəniş terminalları və onların mobil tətbiqləri vasitəsilə edilən kredit ödənişlərinə 06-1.2 % arası komissiya haqqı tutur. Ancaq 3 aydır ki, bu barədə müştərilərinə heç bir məlumat və xəbərdarlıq etməyib.
Tribunainfo.az xəbər verir ki, bankın müştərisi Seyran Səlimov bildirib ki, bank hər ay kredit ödənişinə dair müştərilərə sms göndərsə də, 3 aydır tətbiq etdiyi komissiya barədə məlumat vermir:
“Tətbiq edilən komissiya səbəbindən ödədiyim kreditlərə görə balansımdan 30 manata yaxın vəsait silinib. Hörmətli bank rəhbərliyinə demək istəyirəm ki, əgər maliyyə sıxıntısıyla üzləşiblərsə, bildirsinlər. Belə neqativ hallarla bankınızın imicini zədələyirsiniz”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.