Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...
Tarix: 6-03-2024, 15:26 | Çap et
Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət edib. Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib.
Məktubda yazılıb:
Hörmətli Cənab Prezidentimiz!
Daxili, xarici, regional və qlobal siyasətlə intensiv məşğul olduğunuz gərgin, vaxtınızın az olduğu bir dövrdə Sizi narahat etdiyimizə görə öncə üzr istəyirik. Bizim haqlı şikayətlərimizə, müraciətlərimizə, mülklərimizin varvarcasına, cinayət yolu ilə dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına son 2 il ərzində heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyi, problemimizi həll etmədiyi, "İnvest M. Construction” MMC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığı üçün Sizə müraciət etməyə vadar olduq.
"İnvest M. Construction” MMC 2 ildən çoxdur ki, paytaxtımızın Yaşıl vadi adlanan ərazisində (hansı ki, şirkət 2 ildə orada yaşıllıqdan əsər-əlamət qoymadı, yerlə yeksan etdi, 200-ə yaxın irigövdəli ağacları kəsib məhv edib) – Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə çoxsaylı ağır cinayətlər törətməklə - söküntü-tikinti, yanğın, arxitektur normalarını pozaraq, kommunikasiya sistemini məhv edərək, özbaşına söküntü işləri aparır, bunların yerində yeni binalar tikmək niyyətindədir.
Bizə, rəsmi müraciətlərimizə verilən cavablardan bəlli olub ki, tikinti şirkətinin bu ərazidə vətəndaşların mülklərinin sökülməsi və tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir rəsmi icazələri, razılıq sənədi yoxdur. Ancaq onlar 2 ildən artıqdır ki, bu ərazidə mülkiyyətçilər üzərində hər cür işgəncələr vermək üsulu ilə (mənzilləri, işıq, qaz, su, telefon, internet və kanalizasiya, kommunikasiya xətlərini cinayətkarcasına darmadağın etməklə) varvarlıq edirlər və söküntü işləri aparırlar. Bu isə faktiki olaraq cinayət xarakterli əməllərdir.
Dövlət qurumları şirkətin cinayət əməllərini "mülki iş" kimi əlaqələndirərək faktiki olaraq onlara bu cinayətləri kəskinləşdirməyə yardım edirlər. BŞHİ-nin 18.12.2020 №274 Sərəncamı ilə bu ərazidə aparılan söküntü-tikinti işlərinə nəzarət Nəsimi Rayon İH-nın başçısı Asif Əsgərova tapşırılmışdır, o isə 2 il ərzində bu ərazidə başlarına min bir faciə törədilən mülkiyyətçilərin hüquqları ilə bağlı bir dəfə də olsun bu əraziyə gəlməmişdir. Cənab Əsgərov vətəndaşların şikayətlərinə nəinki biganədir, başçının özü, Nəsimi rayonun hüquq-mühafizə orqanları bu ərazidə vətəndaşların üzərində aparılan cinayət poliqonuna "mülki iş" kimi yanaşaraq heç bir tədbir görmürlər. Son 9 ayda mütəmadi olaraq qaz, işıq, su, telefon, kanalizasiya və digər kommunikasiya xətlərimiz gecələr tikinti şirkətinin qoçu və dələduzları tərəfindən darmadağın edilir. Cənab Asif Əsgərovun rəhbərliyi ilə rayon hüquq mühafizə orqanları bu cinayətlərə biganədirlər və onların laqeydliyi təsdiqləyir ki, şirkətə qəyyumluq edirlər. Dəhşətlisi odur ki, bizə qarşı şirkətin törətdiyi cinayət xarakterli əməllərə dövlət orqanları göz yumur, heç bir cəza tətbiq etmir, cinayət işlərinin açılması üçün iddia qaldırmırlar. Bizdə haqlı sual yaranır: Nə üçün hüquqi dövlətimizdə biz vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısını aidiyyəti qurumlar almır və nəticədə daha dəhşətli hallar baş verir? Bu halları qısa şəkildə diqqətə çatdırırıq:
- Bizim mənzillərimiz zorakılıq üsulları ilə dağıdılır, əmlakını qorumaq istəyən vətəndaşlar şirkətin qoçuları tərəfindən dəfələrlə döyülüb, fiziki təzyiqlərə, təhdidlərə məruz qalıb. Lakin açıq şəkildə törədilən bu ağır cinayətlərlə bağlı bütün müvafiq orqanlara – Ali Məhkəmə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə nazirliyi, BŞİH, Nəsimi rayon icra hakimiyyətinə müraciət etsək də, bütün səlahiyyətli orqanlar susur, məktublarımızı cavabsız qoyur, ya da formal olaraq çeynənmiş, bu "mülki işdir" deyə standart cavablar verirlər. Nəsimi rayon Məhkəmə icraçıları cinayətkarlarla əlbir olub işbirliyinə girərək Məhkəmə qərarlarını icra etmirlər. Nəsimi rayon İcra Şöbəsinin rəisi cənab Yavər Allahverdiyev və Nəsimi İcra və probasiya şöbəsinin icraçısı Murad Xudaverdiyevin tikinti şirkətinin cinayətkar dəstələri ilə bizə qarşı işbirliyinə girməsi onların əməllərində açıq-aydın təsdiqlənir. Cinayətkar dəstələr tərəfindən insan üçün zəruri olan işıq, qaz, su, telefon, internet, kanalizasiya, kommunikasiya xətlərimizin darmadağın edilməsinə, məhkəmə qərarlarına baxmayaraq M.Mirqasımov küç 4 ünvanından olan yolumuzun açılmamasına göz yumaraq şirkətin dələduzlarına yardımçı olmaları bizdə ikrah hissi doğurur.
- Bizim üçün çox qaranlıq və təəccüblü məqam ondan ibarətdir ki, bizə olan təqiblərə bütün dövlət qurumları laqeyd olmaqla bizim, mülkiyyətçilərin mənzillərinin işıq, qaz, su, telefon, internet, kanalizasiya ümumilikdə kommunikasiya xətlərinə cavabdeh olan dövlət agentlikləri; “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri (düzdür onlar bizim zənglərimizlə əraziyə gəlir, kommunikasiya xətlərimizi bərpa etmək üçün səylər göstərirlər) lakin, tikinti şirkətinin hər gün bir neçə dəfə törətdikləri cinayət əməllərinə qarşı heç bir cinayət iddiası qaldırmırlar. Biz iki ilə yaxındır işıq, qaz, su, telefon, internet haqqını ödəyirik. Mütəmadi olaraq şirkət qaz, su, işıq, telefon xətlərimizi qəsdən dağıdır, bizi kommunikasiyalardan məhrum edir. Mütəmadi olaraq hər gün “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik, lakin onlar şirkətin dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdıb cinayət xarakterli əməllər törətməsinə görə məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasını tələb etmirlər. Hansı səbəbdən? Cinayətkarlara olan bu güzəştlər onları daha da ağır cinayətlər törətməyə sövq edir.
Cənab Prezident!
Bu qanunsuzluqları törədən keçmiş deputat, bir dəstə zorakı dəstəni başına toplayan tikinti maqnatı Əsabil Qasımova məxsus olan "İnvest M. Construction” heç bir hüquq tanımır, başımıza müsibətlər gətirir və dövlət qurumları da onların cinayətlərinə göz yumur.
Birmənalı şəkildə bildirir ki, ərazidə bizə qarşı baş verənlər, təkidlə təkrarlayırıq bu artıq "mülki iş" deyil, mülkiyyət və şəxsiyyət əleyhinə ağır cinayətdir.
Sizdən acizanə şəkildə xahiş edirik:
- Bizə qarşı çoxsaylı ağır cinayətlər törədən və törətməkdə davam edən şirkətin rəhbərliyinə qarşı cinayət işi başlanması, törətdikləri mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərə görə hüquqi dövlət qarşısında cavab vermələrinin təmin olunması barədə müvafiq göstərişlər verəsiniz;
-Bugünədək bu ərazidə şirkətin törətdiyi ağır cinayətlər araşdırılmalı, müvafiq dövlət qurumları, Hüquq Mühafizə Orqanları, Respublika Baş Prokurorluğu, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cinayət işlərinin başlaması və baş verənlərə göz yuman dövlət qurumlarının məmurlarının cəzalandırılmasını konstitusion hüquqlarımızdan istifadə edərək Sizdən xahiş edirik.
Cənab Prezident!
Yeganə xilaskarımız kimi, ümid yeri olaraq Sizi görürük. Ancaq Sizə inanırıq. Zorakı dəstənin qarşısını ancaq Siz ala bilərsiniz. Biz Sizə ümid bəsləyirik!
Öncədən minnətdarlığımızı bildiririk.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52 |
|
|
|
• Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49 |
|
|
|
• Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48 |
|
|
|
• “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35 |
|
|
|
• Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22 |
|
|
|
• Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19 |
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
|