Dr. Klaus Müller Xankəndidə jurnalistlərlə görüşüb
Tarix: 20-04-2024, 09:32 |
Çap et
Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb.
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
“Bakcell"in mətbuatda müzakirələrə səbəb olmuş yeniliklər vədi barədə suallara cavab olaraq, şirkətin Baş direktoru bildirib ki, Bakcell böyük dəyişikliklər astanasındadır və bu barədə 25 Aprel tarixində ətraflı məlumat açıqlanacaq.
Həmçinin, Dr. Klaus Müller qeyd edib ki, 2024-cü ildə Bakcell bütün ölkə boyunca mobil rabitə və xidmət şəbəkəsini daha da genişləndirmək niyyətindədir.