"Hər müraciət edəndə `gələn ay düzələcək` deyirlər.." - GİLEY
Tarix: 13-05-2024, 08:57 |
Çap et
"Şikayətim "Bakı Abadlıq Xidməti"ndəndir. Hər yerdə iş götürüb yarımçıq qoyub gedirlər..." dia-az.life bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramil Həsənli adlı istifadəçi qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Pirşağı qızılqumun yanına su xətti çəkilib və bitiriblər, xəttə su verib sayğac qoymurlar ki, camaat yararlansın. 7 aydır artıq bütün işlər, xəttlər, qazıntılar bitib və hər müraciət edəndə "gələn ay düzələcək" deyirlər.
Səsimizi... şikayətimizi qonşularla bunlara necə çatdıra bilərik?"