Coşqun Rəhimovun dincəlməyə ehtiyacı var
Tarix: 17-03-2014, 12:05 |
Çap et
Üç gün əvvəl konsert zamanı halı pisləşən yumor ustası Çoşqun Rəhimov üçün təcili yardım çağırılıb. Sonra isə o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. İlkin müayinələrdən sonra bəlli olub ki, "Bu şəhərdə"nin dalbadal konsertlərindən möhkəm yorğunçuluq keçirən Coşqunun immuniteti zəifləyib və onun dincəlməyə ehtiyacı var. "Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasovun bildirdiyinə görə, hazırda Coşqun Rəhimovun səhhətində heç bir problem yoxdur.
Xatırladaq ki, fevral ayının 14-də C.Rəhimovun qızının nişan mərasimi keçirilib. Aktyor qızını uşaqlıq illəri birgə keşmiş dostunun oğlu ilə nişanlayıb. Rəhimovlar ailəsi tezliklə toy mərasiminin gününü elan edəcəklər.