"Qanuni deyil, etik deyil, peşəkarlığa ziddir, etməyin-eləməyin…" - Bankların GİZLİ QAZANCI...
Tarix: 23-05-2024, 12:44 |
Çap et
"Bəzi banklar (içərilərində özünü lider elan edənlər də var) hüquqi şəxsin hesabına ödənilən pulu 2 sutkaya qədər gecikdirib sonra oturdurlar..." dia-az.life bildirir ki, bunu öz açıqlamasında tanınmış iqtisadçı Ramil Osmanlı qeyd edib.
Bankların bu yolla ciddi qazanc əldə etməsinə işarə edən ekspert daha sonra vurğulayır:
" “Sistem xətasıdır”, “Hesabda görünür günün filan yarısı oturacaq”, “Problemi araşdırırıq, məlumat veriləcək” kimi nağılların ardından hətta “başqa sualınız var?”, “bizə zəng etdiyiniz üçün təşəkkür edirik” kimi zarafatlar da edirlər.
Qanuni deyil, etik deyil, peşəkarlığa ziddir, etməyin-eləməyin…"
dia-az.life bildirir ki, iqtisadçının bu qeydi sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi vətəndaş rəylərini təqdim edirik: