"Azercell" yenə də İTTİHAM OLUNUR - OĞURLUQDA...
Tarix: 17-06-2024, 09:02 |
Çap et
" "Azərcell" oğurlayırmı, yoxsa bu təbii durumdur?" Dia-az.İnfo xəbər verir kiI, bu ritorik sualla ictimai fəal Rəşad Quliyev çıxış edib.
Narazılığını ifadə edən R.Quliyev daha sonra bildirir: "Əziz dostlar, illərdir müxtəlif ölkələrdə mobil data internetindən istifadə edirəm, etmişəm.
Rusiyada aldığım 15-17 GB internetlər geninə boluna istifadə etsəm də, internet paketi bir ay boyunca bitmək bilmir. Azərbaycanda isə 10-11 gün içərisində 50 Gb internet yükləmişəm. Bundan sonrasını isə təsəvvür edin. Sanki, internet su kimi axıb gedir. Bu nə deməkdir anlamaq mümkün deyil.
Mütəxxəsislərə səslənirəm. Bir araşdırma etsinlər , bu normaldırmı ya oğurluqdurmu?
Mən mütəxxəsis olmasam da düşünürəm ki, bu daha çox oğurluğa bənzəyir. İnternetin bu sürətlə bitməsi mümkünsüz halfır. Ən azından digər ölkələrdə.
Nə qədər yazərıqsa da xeyri yoxdur. Yalandan reklamla guya xalqa xidmət erdiklərini göstərsə də əslində mədəni yolla insanların ciblərinə girirlər.
Bəzi KİV-lər də "Azercell"dən reklam dəstəyi aldığı üçün göz yumur . Dəyən zərbə isə xalqa , sadə insanlara dəyir. Bəlkə "Azercell"in bu gedişatına biri "dur" desin?..."