“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
Tarix: 1-07-2024, 15:13 |
Çap et
“Nar” komandası 5 ay davam edən gərgin mübarizə nəticəsində “Breyn Rinq” yarışmasının 23-cü mövsümündə qalib gəlib. Ümumilikdə “Breyn Rinq” intellektual yarışmasının bu mövsümündə 20 komanda iştirak edib. “Nar” finalda “Gəncə” komandasını 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Nar” komandası 4 qat Azərbaycan çempionu və mobil operatorun təsis etdiyi “Nar” kubokunun 6 qat qalibidir.
“Nar” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində intellektual oyunları dəstəkləyir. Mobil operator 10 ildən artıqdır ki, “Breyn Rinq” intellektual yarışmasının əsas tərəfdaşıdır. Bu tərəfdaşlığın məqsədi ölkədə təhsil təşəbbüslərini təşviq etməkdir. "Nar"ın gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Dia-az.İnfo