Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                 

Hərbi hissədə ağır xəsarət aldı, əlillik dərəcəsi verilmir… - AXI NİYƏ?
Tarix: 8-07-2024, 17:17 | Çap et
Hərbi hissədə ağır xəsarət aldı, əlillik dərəcəsi verilmir…
Ağcəbədi rayonu, Poladlı kənd sakini Səfərov Üzeyir Şiraslan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu Səfərov Elşən Üzeyir oğlu hərbi xidmət zamanı ağır xəsarət alsa da, ona əlillik dərəcəsi verilmir:

“Mən, Səfərov Üzeyir Şiraslan oğlu, yazaraq bildirirəm ki, oğlum 2021-ci ildə hərbi xidmətə gedib. 3 ay sonra Gədəbəy rayonuna göndəriblər. Daha sonra, 2022-ci ilin aprel ayının 18-də topun hava balonunun partlaması nəticəsində ağır xəsarət almışdır.

Hadisə barədə bizə heç bir məlumat verilməmişdi. Poladlı uşaqları Gəncədən sənəd almaq üçün gedəndə Elşənin yaralandığını bilib, bizə xəbər veriblər. Bu xəbəri eşidən kimi, dərhal Gəncə şəhərinə yola düşdük. Bir qədər gözlədikdən sonra güc-bəla ilə bizi oğlumla görüşdürdülər. “Kameraya düşürsünüz, olmaz, icazə yoxdur” deyirdilər.

10-15 gün keçdikdən sonra oğlum dedi ki, məni hərbi hissəyə geri göndərirlər. Biz oğluma sual verdik ki, bu necə olur, axı sən sağalmamısan?! Uşaq dedi ki, mən də bilmirəm bu nə məsələdir.

Biz dərhal Gədəbəy rayonuna, oğlumun olduğu N saylı hərbi hissəyə getdik. Orada bizi qəbul edən, bizimlə görüşən olmadı. Saatlarla yağışın altında qaldıq, gözlədik, lakin bizimlə həmsöhbət olmaq, dərdimizi dinləmək istəyən tapılmadı. Komandir xəbər göndərdi ki, maşınım xarab olub, gələ bilmirəm.

Biraz sonra Gədəbəyin Hərbi Hospitalına gəldik. Orada həkim İlqar Qadirovla (ya da Abdulxalioqov, soyadı dəqiq yadımda deyil) görüşmək istədik. Həmin şəxs də bizimlə görüşə gəlmədi. Bizə bildirdilər ki, İlqar həkim Şəmkir şəhərində iclasdadır. Bir neçə saat gözləyəndən sonra, ordakılara bildirdik ki, Şəmkirdə hardadır, gedib orada görüşək. Bu zaman Elşənin “zampalit”i gəlib çıxdı. Bu vaxt müəyyən olundu ki, biz oğlumla görüşə gedəndə də bu şəxs orada olub. Dedim, bəs siz orada ola-ola heçmi fikirləşmədiniz ki, valideyn uzaq yoldan gəlib, onu gözlətməyək. Uşağın vəziyyətini də bilirsiniz, - dedim. Əsas məsələyə keçərək sual verdim ki, uşağın sağalma prosesi bitməyib, necə olacaq? O da qeyd etdi ki, bəli, uşaq sağalmayıb, amma bizlik heç nə yoxdur, yuxarıdan əmr belə verilib. Mən elə onun səhhətinin düzəlmədiyini bilərək yanımda saxlayıram ki, bir problem olmasın. Sual verdim ki, bəs bu nə qədər sürəcək? Həmçinin, bildirdim ki, oğlum hərbçi olaraq qalıb vəzifəsini davam etdirmək istəyir. Bu zaman bildirdi ki, yox, siz nə danışırsız, artıq o, hərbi xidmət üçün yararsızdır. Sual verdim ki, yararsızdırsa, niyə burada saxlayırsız, axı yararsız olanda təxris olunamalıdır. Cavab verdi ki, bizim buna səlahiyyətimiz çatmır.

Demək olar ki, 3 ildir yollarda qalmışıq. Elşəni Gədəbəy yollarında bir yararsız maşınla ordan-ora daşıyırlar. Oğlumun bütün bu illər ərzində əsəbləri pozulub. Stressdən ağzında dişləri də tökülüb. Qulağının biri yararsızdır. Həkim deyir ki, çimərkən digər qulağına pambıq qoyun, eşidən qulağına da nəsə olsa, tamamilə kar olacaq. Bunlar baş-beyin travması alan əsgəri hərbi hissədə süründürüblər. Hətta “zampalit” dedi ki, gedin qurban kəsin, oğlunuz yaxşı qutarıb.

Həmin hadisədə 4 nəfər ağır yaralanıb. Birinin ayağı kəsilib, birinin qolu, oğlum da bu vəziyyətdədir. Nə qədər ərizələr, müraciətlər yazdım. Bu müraciətlərimdən sonra oğlumu axır ki, tərxis etdilər. Oğlum gələndən sonra bütün müayinə kağızlarını, həkim rəylərini yığıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdim. Bizə imtina cavabı gəldi, bildirdilər ki, bu xəstəliklərlə oğlunuza əlillik düşmür.

Mən bir valideyn kimi dövlətimdən tələb edirəm, mənim uşağıma ya sağlamlıq kağızı, ya da əlillik dərəcəsi verilsin. Müraciət etmədiyim yer qalmayıb. Heç kəs doğru-düzgün cavab vermir. Bütün sənədləri yığmışam, amma əlillik dərəcəsi ala bilmirəm. İstəyirəm ki, oğlumu tibbi komissiyadan keçirsinlər, obyektiv qərar versinlər. Mən heç kəsin haqqını yemək istəmirəm, uşağıma düşən əlilliyi istəyirəm. Oğlum iş qabiliyyətini itirib. Bu vəziyyətdə mənim oğlum ata-anasına necə baxsın, necə ailə-uşaq sahibi olsun?

Hörmətli səlahiyyətli qurumlar, mən hara, kimə müraciət edim? Sağlam insanlar əlillik dərəcəsi alıb yaşayırlar. Mənim oğlum xəstə olduğu halda ala bilmir.

Çox güman ki, cənab Prezidentin bu olanlardan xəbəri yoxdur. Amma Müdafiə Nazirliyi bilə-bilə buna göz yumur. Hara işə girmək üçün müraciət ediriksə, bizdən sağlamlıq kağızı tələb edirlər. Bax, mən bu halın, bu vəziyyətin qarşısında nə edim? İşsiz-gücsüz qalıb, qohum-əqrabadan kömək gözləyək?!”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru