Gömrük əlində... belə biznes qurmağa nə var ki? - İTTİHAM VAR...
Tarix: 25-07-2024, 12:25 |
Çap et
Firdovsi Əbilovun köhnə peşəsini gizli şəkildə davam etdirdiyi bildirilir.
Azərbaycanda vəzifə başında olan bir çox məmurların biznes fəaliyyəti ilə məşğul olması artıq adi hala çevrilib. Dövlət qurumlarının rəhbər vəzifələrində təmsil olunan şəxslər, çox vaxt öz bizneslərini gizlətmək üçün yaxın ətraflarının adından istifadə edirlər.
Belə məmurlardan biri də Astara Gömrük idarəsinin nəzdində olan Lənkəran Gömrük Postunun rəisi vəzifəsini tutan Firdovsi Əbilovdur.
Keçmişdə açıq indi isə gizli biznes fəaliyyəti ilə məşğul olan Firdovsi Əbilovun “Laçın” ticarət mərkəzidə qızıl dükanı mövcuddur.
Bildirilir ki, Firdovsi Əbilovun Laçın” ticarət mərkəzidə yerləşən qızıl dükanında şəriki qaynı Aqşin adlı şəxsdir.
Firdovsi Əbilov daha öncə Samur gömrük postunun rəis müavini işləyib. Qeyd edək ki, Firdovsi Əbilovun adı ilə bağlı apardığımız axtarış zamanı, onun adını 2008-ci ildə Laçın” ticarət mərkəzində sahibkar kimi dələduzluğa məruz qalması barədə məlumata rast gəldik.
Məsələ ilə bağlı Astara Gömrük idarəsinə göndərdiyimiz sorğu cavablandırılmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AzFakt.com