“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                 

"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib" - QATİL HƏKİM KİMDİR?
Tarix: 31-07-2024, 13:01 | Çap et
"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib"
Göyçay rayonunun Qaraməryəm kənd sakini, 29 yaşlı Vüsalə Quliyeva iki il öncə “kəskin respirator virus infeksiyası” diaqnozu ilə həyatını itirib. Onun yaxınlarının müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım üzrə həkimi Fatimə Abdullazadə cinayət məsuliyyətinə cəlb olunub. Amma Vüsalə Qarayevanın ailəsi həkimə verilən cəzadan narazı qalıb.

“Həkim israrla evə göndərib”

Hadisədən bir gün öncə Fatimə Abdullazadə işdə növbədə olanda gecə saat 4 radələrində Vüsalə Quliyevanın yaxınları onu ağır vəziyyətdə xəstəxanaya gətirib. Həkim onun bədən temperaturunu ölçəndə 40 dərəcəni keçdiyini görüb. Yalnız “Analgin”, “Dimedrol”, “Novokain” qarışığını vurmaqla işini bitirdiyini deyirlər.

Gecə ilə evə qayıdan Vüsalə Quliyevanın vəziyyəti daha da ağırlaşdığına görə səhər açılandan sonra onu yenidən xəstəxanaya çatdırıblar. Bir sutkaya yaxın xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında göstərilib ki, həkim o halda olan xəstəni evə göndərməklə – vəziyyətin səbəbini müəyyənləşdirmək üçün əlavə müayinələr aparmamaqla, analizlər götürülməsi, rentgen olunması və s. addımlar atmamaqla səhlənkarlıq edib.
30 yaşlı Fatimə Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Elə bu ittihamla da ona 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Zərərçəkmiş tərəf – Vüsalə Quliyevanın həyat yoldaşı Akif Quliyev hökmdən narazı qalıb. Deyir ki, həkim səhlənkarlığı icbatından ailəsinə böyük zərbə dəyib, iki azyaşlı övladı anasız qalıb. Amma Fatimə Abdullazadə bugünədək onlara heç üzrxahlıq da etməyib. O danışır ki, gecə həyat yoldaşını xəstəxanaya çatdırsalar da, həkim onları evə göndərib, deyib ki, sabah gətirsinlər. Çünki ixtisaslı həkimlər, diaqnostika avadanlığını işlədən mütəxəssislər bu vaxt yoxdur. Onlar isə həkimin davranışına – xəstənin bu vəziyyətdə evə göndərilməsinə etiraz ediblər:

“Baş həkimin nömrəsi vardı, qardaşım gecə ilə ona zəng elədi ki, vəziyyəti çatdırsın, kömək eləsin. Baş həkim telefona cavab vermədi...”.

Səhər saatlarında baş həkim zəngləri görəndən sonra Səbuhi Quliyevlə əlaqə saxlayıb, hansı səbəbdən zəng etdiyini soruşub. O isə gecə gəlinlərini xəstəxanaya gətirdiklərini, lakin həkimin onları evə göndərdiyini çatdıraraq, bundan şikayətlənib.

Həkim: “Başım o biri xəstəyə qarışdı”

Akif Quliyevin sözlərinə görə, gecə məcburiyyət qarşısında həyat yoldaşını evə gətiriblər. Səhər onun durumu bir qədər də ağırlaşıb və yenidən xəstəxanaya çatdırıblar. Onu rentgen müayinəsindən keçirəndən sonra ciyərlərində pnevmaniya əlamətlərinin müşahidə olunduğu deyilib. Ardınca onu infeksion şöbəyə yerləşdiriblər. Getdikcə onda tənəffüs çatışmazlığı yaranıb. Bu üzdən oksigen aparatına qoşublar. Bir qədər sonra Vüsalə Quliyeva nitq qabiliyyətini itirib, koma vəziyyətinə düşüb. Onu reanimasiya şöbəsinə yerləşdirsələr də, gecə saat 3 radələrində orada vəfat edib.

Akif Quliyev əlavə edib ki, həyat yoldaşının ölümündə təqsiri olan həkimin azadlıqda qalması onu qıcıqlandırır.

30 yaşlı Fatimə Abdullazadə isə özünü təqsirli bilmir. Deyir ki, xəstəyə ilkin tibbi yardım göstərilib. O iddia edir ki, xəstənin evə aparılmasını istəməyib, əksinə, ona gözləməyi tapşırıb:

“O ərəfədə təcili tibbi yardım xəstə gətirmişdi. Başım o xəstəyə qarışdı, təcili yardımın sənədlərini imzalamalı idim. Elə bu məqamda Vüsalə Quliyeva xəstəxanadan çıxıb gedib. Xəstə mənim yanımda 10 dəqiqə oldu”.

Fatimə Abdullazadə əlavə edib ki, Vüsalə Quliyeva səhhətindəki problemlərlə əlaqədar hadisədən 2-3 gün əvvəl bir neçə başqa həkimin qəbulunda olub:

“Gülnar həkimin müalicəsini götürüb, Əli həkim iki dəfə baxıb, həm müalicə yazıb, həm sistem quraşdırıb. Amma bu həkimlərin adları heç çəkilmir, məni günahlandırırlar. Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib”.

Akif Quliyev də, onun qardaşı da deyir ki, Fatimə Abdullazadə yalan danışır. Əgər o, xəstəni israrla evə göndərməsəydi, o zaman baş həkimə zəng etməzdilər.

Hökm dəyişdi

Bu işdə zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da Göyçay Rayon Məhkəməsinin həkimə kəsdiyi cəzadan narazı qalıb. Prokuror da cəzanın ağırlaşdırılmasını istəyib. Dövlət ittihamçısı onun 3 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Bundan başqa, Göyçay Rayon Məhkəməsinin hökmündə əlavə cəza olaraq, Fatimə Abdullazadənin 1 il 6 ay təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim kimi çalışmasına qadağa qoyulub. Prokuror bununla da razı deyil. O, apelyasiya protestində təklif edib ki, ona təkcə təcili yardım yox, 1 il 6 ay ərzində ümumiyyətlə, həkim kimi fəaliyyət göstərmək qadağan olunmalıdır.

Vüsalə Quliyevanın ölümü ilə bağlı məsələ Şəki Apelyasiya Məhkəməsində təkrar araşdırılıb, bugünlərdə yeni hökm çıxarılıb. Fatimə Abdullazadə 1 il 6 ay həkimlik fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilib. O, həmçinin 2 il azadlıqdan məhrum edilib. Bu cəzanı isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Dia-az.İnfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru