Daha bir müştərisi “Azercell”ə ÜSYAN ETDİ... - "Bu "Azercell" boğaza yığıb hamını..."
Tarix: 5-08-2024, 09:21 |
Çap et
Özünə ölkənin ƏN BÖYÜK MOBİL OPERATORU deyərək öyən, əslində isə abunəçilərinin xırda problemlərinin qarşısında belə aciz görünən "Azercell"dən şikayətlər bitmək bilmir. Dia-az.İnfo olaraq bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik.
Beləliklə, Ceyla Həsənova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:
"Mən "Azercell" istifadəçisiyəm və bundan açıq peşmanam. İnternetdən istifadə etmək üçün bu meqabaytları burdan alırsan... ordan bitir...
Belə şey olar?
Bizdə ancaq insanlardan istifadə edirlər, insanlara xidmət etmirlər. Vətəndaşa xeyir olan heç nə yoxdur...
Xaricdə "meqabayt" götürürsən, gen-bol rahat istifadə edirsən. Bizdə elə götürdüyünü görürsən... Bir sözlə, bu "Azercell" boğaza yığıb hamını..."