"İki həftədir Sumqayıta qonaq gəlmişəm, "Bağça Şəhər" tərəfdə qalıram, gecələr havaya nələrsə buraxılır. Çox pis qoxusu var. Səhərə yaxın havadan o qoxu güclə keçir..." Dia-az.İnfo bildirir ki, bu barədə Sumqayıt sakini öz gileyində narahatçılığını ifadə edir. "Bu bir dəhşətdir. İnsanları zəhərləyirlər rəsmən..." deyə iddia edən narazı vətəndaş daha sonra əlavə edir: "Gecə 2, 3 dən sonra başlayır. Səhər saat 5, 6 ya qədər hiss olunur. Bəzən lap tez olur axşam saat 9 da filan. Bəzən həftədə 1 dəfə, bəzən isə hər gün hiss olunur. 2 ay-filandı köçüb ora qohumlarım. 2 aydı hiss edirik. Və orda yeni layihələr var. Yeni binalar tikilir. Yaşayış artır. Əsasəndə cavan, körpə uşaqlı əhalidir".
Dia-az.İnfo olaraq qeyd olunan ərazilərin dislokasiyasını da təqdim edirik: