"Mənim şikayətim "Azercell"dəndir". Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sürəyya Quliyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Artıq bununla neçənci dəfədir ki, saatlıq internet götürəndə ya təsdiqləyir, amma interneti vermir, ya da belə gec təsdiqləyir və 1 saatı kəsir.
Baxın, şəkildə mesaj 09:04-də göndərilib. İnterneti 09.:22-dəvaktiv ediblər, amma 10:04-də paket bitir.
Bununla artıq neçənci dəfədir təkrarlanır bu hal..."