Xaçmazda 4 milyona başa gələn yolu görün, NƏ HALA SALIBLAR? - FOTOFAKT
Tarix: 29-08-2024, 10:48 |
Çap et
"Xaçmazın 7 kəndi birləşdirən Qusarçay - Yeni Həyat yolu bir aydı qazılıb. Bu yolun yenidən bərpa olunması üçün, Prezident İlham Əliyev dövlət büdcəsindən nə az, nə çox 4 milyon manat vəsait ayırmışdı..." Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında sözügedən bölgədə yaşayan ictimai fəal Vüsal Basaratvi ifadə edib.
İctimai fəal daha sonra dağıdılan yolun fotolarını paylaşaraq bunları qeyd edib:
"Sözümün canı odur ki, 4 milyonluq yolu bu vəziyətə salmısan, heç olmasa dağıtdığın yeri bərpa et də. Mən bu yol üçün qapı-qapı gəzib 7 kənddən imza toplayanda nə məndə, nə atamda , nə də qardaşımda maşın var idi. Taksi tutub, bir-bir kəndləri gəzmişəm".
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinə xitab edən Vüsal Basaratvi əlavə edir: "Sizdən artıq dərəcədə xahiş edirəm, yolu bu vəziyəti salanın kimliyi araşdırılsın və dağıdılmış hissənin bərpa olunması üçün lazimi tədbirlər görülsün..."