DİA.AZ: - Xatırladaq ki, keçən günlərdə «Binə» Ticarət Mərkəzinin də plana düşməsi və yaxın günlərdə söküləcəyi haqda xəbərlər yayıldı. Bu barədə DİA.AZ-a «Binə»də çalışan sahibkarların verdiyi son məlumatlardan aydın olur ki, sökülmə xəbəri yayılan TM-də heç bir köç-filan yoxdur, əksinə, sahibkarlara rəhbərlik tərəfindən əlavə öhdəliklər qoyulmaqdadır.
Redaksiyamıza müraciət edən sahibkarlardan biri bildirdi ki, onlardan Kəbirə Məmmədovanın adından əlavə olaraq dükanbaşına 100 dollardan pul yığılır: «Ən azından 100 min dollar yığacaqlar. Pulu vermək məcburiyyətindəyik. Verməyəni hansı vəziyyətə sala bilərlər - artıq bunu bütün sahibkarlar yaxşı bilir».
Narazı sahibkar dia-az.life-a müraciətində onu da bildirdi ki, TM-nin bağlanma xəbəri işlərinə təsir edib: «Neçə sahibkar artıq üzbəüzdə yerləşən «Karvan» Ticarət Mərkəzində dükan yeri qaralayır. Eləsi də var ki, «Sədərək»in genişlənməsini gözləyir ki, ora köçsün. Çünki burada həqiqətən alver də zəifləyib».