Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                     Azərbaycan üçün sevindirici proqnoz .....                     Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib .....                     Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi .....                     Başçı təzə olsa da... .....                     İngiltərə şirkəti Azərbaycanda ləğv edilir .....                     Müştərilər ən çox bu banklardan şikayət edirlər .....                 

"...5 ilə yaxındır məhkəmələrdəyəm" - GİLEY
Tarix: 8-09-2024, 08:19 | Çap et
"...5 ilə yaxındır məhkəmələrdəyəm"
"...5 ilə yaxındır məhkəmələrdəyəm. Məhkəmələri udsam da, bir faydası yoxdur. Əlimdə məhkəmə qərarı var. Torpaq ərazimə daxil olan qonşum ərazimi tərk etmir. Dərd orasındadır ki, Ali və İnzibati Məhkəmələrin qərarını icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsi problemə biganə yanaşır, aylardır vaxt uzadır. Məhkəmənin sənədini dəfələrlə təqdim etsək də, müxtəlif bəhanələrlə yayınmağa çalışırlar. Artıq yorulmuşam. 5 il səbr etdim. Amma indi məsələni işıqlandırmaq və ictimailəşdirmək qərarına gəldim. Bəlkə camaatdan utanarlar, qanuni haqqım olan ərazimi mənə geri qaytararlar. Adam ərazimi qanunsuz şəkildə zəbt edib, beş illik məhkəmə prosesi də bu adamın etdiyi əməlin yanlış olduğunu və torpağı sahibinə geri qaytarmasını əmr edir. Həmin əmri də icra etməli olan 16 saylı Ucar Ərazi İdarəsidir. Amma nə ərazimə girən adamdan, nə də o idarədən ən kiçik bir tərpəniş belə yoxdur. İnsan yanıb, tökülür".
Yuxarıdakı fikirlər Göyçay rayon sakini, Birinci Qarabağ Müharibəsi iştirakçısı Tərlan Fərzəliyevə məxsusdur. Vətəndaş Bizimyol.info xəbər portalına şikayəti üzrə müraciət edib. Vətəndaş, Göyçay rayonu, Yeniarx kəndi ərazisində torpağını zəbt etmiş qonşusu barədə beş illik məhkəmə prosesini udub və Şəki İnzibati Məhkəməsi 16 saylı Ucar Ərazi İdarəsinə torpaq sahəsinin koordinatlarının qanunauyğun şəkildə yenidən baxılması öhdəliyini qoyub. Daha sonra Ali Məhkəmə İnzibati Məhkəmənin bu qərarını təsdiqləyib və işin icrası üçün yenidən adıçəkilən yerli İdarəyə bildiriş göndərilib. Bir neçə məhkəmənin açıq-aşkar hökmü "heç" sayılır. Nə torpağı zəbt edən qonşu, nə də 16 saylı Ucar Ərazi İdarəsi hökmün icrasına uyğun hərəkət etmir.

"Bu torpaqlar sovet dönəmində aqrar islahatlar zamanı qeyri-dəqiq cihazlarla ölçülmüşdü və ərazilərdə olduqca ciddi koordinat sürüşmələri meydana gəlmişdi. O dönəmdən son vaxtlara kimi yanlış bölüşdürülən bu torpaqlar üstündə məhkəmə prosesləri bitib-tükənmək bilmirdi. Daha sonra cənab prezident problemli torpaq sahələrinin yenidən və ədalətli şəkildə bölüşdürülməsini təmin edən fərman imzaladı. 818 saylı bu fərmanda Torpaqların Elektron Kadastr Uçot Sisteminin yaradılması tapşırılır. Bu fərmanda göstəriş belədir ki, həmin problemli ərazilər yenidən işlənsin, camaat zülm çəkməsin. Fərmanın qanunvericilik sahəsində heç bir problem olmasa da, icrasında belə ciddi problemlər yaranıb. Problemi yaradan da keçmiş sovet sisteminin qeyri-dəqiq ərazi bölgüsü idi.

Daha sonra bir Türkiyə şirkətinə bu məsələnin həlli tapşırıldı. Onlar da torpağı işləyib, sənədlərini Əmlak Komitəsinə təhvil verib, getdilər. Bölüşdürülmüş bu torpaqlarda kiməsə artıq və ya əskik pay düşübsə, qanunvericiliklə o torpaq sahiblərinin yazılı razılığı ilə məsələ həllini tapmalıdır. Həmin şirkət yazılı razılığın arxasına düşmədi. Çünki onda gərək bu işi 2045-dək ancaq bitirərdilər. Ancaq bu da vətəndaş kimi bizim problemimiz deyil. Hər halda, prezident şirkətdən daha yaxşı bilir nəyi nə zaman və necə etmək lazımdır. Onun fərmanında da qeyd olunur ki, ölçüyə uyğunlaşdırıla bilməyən həmin torpaqlarla bağlı yazılı razılaşma edilsin. Ancaq şirkət bundan boyun qaçırıb. Nə Astarada, nə Qazaxda, nə Xaçmazda - torpaq bölgüsünü keçirdikləri heç bir yerdə yazılı razılıq məsələsinə toxunmayıblar. Eləcə torpağı bölüb, təhvil verib, çıxıb gediblər.

Biz bu problemi məhkəmə yolu ilə həll etməyə məcbur olduq. Mülki Məhkəmə hökm çıxarıb ki, torpaqlarımı zəbt edən adam oranı boşaldıb, ərazini təhvil versin. İnzibati Məhkəmədə də Reyestr Xidmətini udmuşuq və orda da məhkəmənin göstərişi budur ki, sənədləri düzəltsin. Burda da düzəliş olunmalı sahə 15 ha göstərilir. 15 ha sahənin koordinatının düzəldilməsi öhdəliyi qoyulub. Mən o torpağa investisiya qoyub, bağ salmışam. İndi məhkəmənin sənədi, hökmü mənim üçün mötəbərdir. Sonradan keçirilmiş aqrar islahatı mötəbər hesab edirəm. Aqrar islahat nəticəsində hüquq əldə etmiş vətəndaş dövlət orqanı olan Notariusda alqı-satqı etməyə gedir, bir sıra əməliyyatlar keçirir, amma heç birinin faydası olmur. Deyilir ki, "burada 8-ci qonşunun torpaq problemi var və onu sənin hesabına həll etmək istəyirəm". Bir vətəndaşın problemini digər vətəndaşın hesabına həll etmək olmaz. Mən o ərazidə taxıl və ya yonca əksəydim, problem olmazdı. Axı mən ora yüksək investisiya yatırmışam, bağ salmışam. Pulumu o torpağa yatırmışam ki, gələcəkdə nəsə olacaq. İndi illərdir məhkəmələri uda-uda gedirik, ancaq nəticə yoxdur. Nə qərar icra edilir, nə də ərazimi zəbt edən şəxs torpağımdan çıxır" - deyə, rayon sakini şikayət müraciətində qeyd edib.

Müraciətlə əlaqədar Bizimyol.info xəbər portalı Əmlak Komitəsinə sorğu göndərib. Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, ortada olduqca mürəkkəb bir proses olduğuna görə, uzunmüddətli araşdırılma aparılmalıdır. Sorğudan 12 gün ötməsinə və ortada açıq-aşkar məhkəmə hökm olmasına baxmayaraq, araşdırmanın nəticəsi təqdim edilməyib. Yaranmış vəziyyətlə əlaqədar İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti də məlumatlandırılıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48
Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44
Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Dünən, 16:42
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Dünən, 16:41
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Dünən, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru