“Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var?” - Etibar Məmmədov
“ABŞ-ın öz siyasəti var. İstər respublikaçılar istərsə də, demokratlar olsun... Amma həmin siyasətin təsirindən biz çox da uzaqlaşa bilmərik. Əsas odur ki, o siyasət bizim əleyhimizə yönəlməsin. Bunun üzün də müvafiq strukturlar lazımii dərəcədə işləməlidirlər”.
Bu fikirləri hafta.az-a açıqlamasında “Azərbaycan ABŞ-də kimin prezident seçilməsindən udacaq; respublikaçı Trampın, yoxsa demokrat Harrisin?” sulaını cavablandıran Milli İstiqlal Partiyasının fəxri lderi, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.
“Yəni Azərbaycanın Ermənistanla müharibədə qalibiyyəti, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hamı həzm edə bilmir. Və ABŞ-də də ermənipərəst qüvvələr çoxdur; həm respublikaçılar, həm də demokratlar arasında... Və bizim də vəizfəmiz odur ki, prezident seçkilərində qələbə qazananların kimliyindən asılı olmayaraq, həmin qüvvələri neytrallaşdırmağı bacaraq, onların Azərbaycan əleyhinə fəaliyyət göstərməsi və qərarlar verməsi üçün bəhanələr verməyək. Və ümumiyyətlə, prezidentliyə namizədlərə baxanda da, bir böyük dövlət kimi Birləşmiş Ştatlara belə namizədələr yaraşmır. Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var”,- deyə davamında istiqlalçı deputat vurğulayıb.