Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Tarix: 29-10-2024, 17:59 |
Çap et
Lalə xanım hazırda Bakıda, bağda ev şəraitində müalicəsini davam etdirir. Amma səhhətində hələ də bəzi problemlər var.
Bunu Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Lalə xanımın guya bu yaxınlarda əməliyyat olunması ilə bağlı yayılan xəbərlər doğru deyili. Ürək əməliyyatını 2021-ci ildə keçirib. Amma bu günlərdə belə bir plan yoxdur”, - deyə o əlavə edib.
Sidqi Şövkət anasının daha çox ürək çatışmazlığından əziyyət çəkdiyini bildirib: “Lalə xanımın səhhəti onun siyasi proseslərə reaksiya verməsinə imkan vermir. Sadəcə olaraq prosesləri izləyir. Yaşa, xəstəliklərə uyğun gündəlik rutinlə yaşayır”.