“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
“Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.
Musavat.com bildirir ki, bu sözləri deputat Ceyhun Məmmədov noyabrın 26-da Milli Məclisdəki büdcə müzakirələrində çıxışı zamanı deyib.
Xatırladaq ki, bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, ölkədə mövcud olan 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır və bu səbəbdən rasionallaşmaya ehtiyac var:
“4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”.
Təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib ki, 1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər:
“Məktəblərin bağlanması məsələsi yalnız iqtisadi qərar deyil, həm də sosial, mədəni və ideoloji təsirləri olan həssas bir məsələdir. Azərbaycanda xərclərin optimallaşdırılması məqsədilə 4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır. Bu qərar xüsusilə kənd rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəbləri əhatə edir. Lakin məktəblərin bağlanması təhsilin əlçatanlığı, şagirdlərin rifahı və regionların sosial-iqtisadi inkişafı baxımından ciddi problemlər yarada bilər.
Azərbaycanda məktəblərin bağlanması əsasən şagird sayının azalması ilə izah edilir. Əhalinin kəndlərdən şəhərlərə və ya xarici ölkələrə kütləvi köçü nəticəsində bəzi kənd məktəblərində siniflərdə şagird sayı azalır. Məktəblərin saxlanılması üçün ayrılan vəsait bu şərtlərdə səmərəsiz görünə bilər. Lakin bu vəziyyətin yalnız iqtisadi yanaşma ilə həlli mümkün deyil. Məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndlərdə sosial və mədəni həyatın mərkəzi, əhali üçün motivasiya mənbəyidir. Onların bağlanması əhalinin həmin əraziləri daha da sürətlə tərk etməsinə gətirib çıxara bilər. Bu proses isə kəndlərin boşalması və demoqrafik tarazlığın pozulması ilə nəticələnə bilər.
Dağ rayonlarında məktəblərin bağlanması xüsusi narahatlıq doğurur. Bu bölgələrdə coğrafi şəraitin çətinliyi, nəqliyyat və infrastruktur problemləri təhsilə çıxışı daha da çətinləşdirir. Şagirdlərin daha uzaq məsafələrdəki məktəblərə daşınması nəzərdə tutulsa da, bu proses yetərli səviyyədə təşkil edilmir. Köhnə mikroavtobuslarla həyata keçirilən daşınma təhlükəsizlik və rahatlıq baxımından standartlara uyğun deyil. Qış aylarında yolların sürüşkən olması, qarla bağlanması və avtobusların müntəzəm işləyə bilməməsi isə şagirdlərin məktəbə davamiyyətini daha da çətinləşdirir. Bu vəziyyət valideynləri övladlarını məktəbə göndərməkdən çəkindirir və erkən təhsildən yayınma hallarını artırır”.
Kamran Əsədovun fikrincə, məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaradır:
“Bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsil keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər.
Bu vəziyyətin həlli üçün bir neçə əsas yanaşma tətbiq edilə bilər. İlk növbədə, bağlanma riski ilə üzləşən məktəblər üçün fərdi həllər nəzərdən keçirilməlidir. Şagird sayı az olan məktəbləri bağlamaq yerinə onların mərkəzləşdirilməsi, daha iri məktəblərlə birləşdirilməsi və ya yeni təhsil modelləri tətbiq edilməlidir. Məsələn, birləşdirilmiş siniflərdən və ya distant təhsil texnologiyalarından istifadə etməklə şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Texnologiya əsasında distant təhsil imkanları regionlarda təhsilin əlçatanlığını artırmaq üçün əvəzolunmaz vasitə ola bilər.
Şagirdlərin daşınması məsələsi isə ciddi şəkildə nəzərdən keçirilməlidir. Daşınma üçün müasir, təhlükəsiz və rahat nəqliyyat vasitələrinin təmin edilməsi vacibdir. Bu nəqliyyat vasitələrinin müntəzəm olaraq texniki baxışdan keçirilməsi və hava şəraitinə uyğun təchiz edilməsi tələb olunur. Eyni zamanda, şagirdlərin dərs bitmə vaxtlarının uyğunlaşdırılması və daşınmanın daha koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir. Daşınma prosesi zamanı şagirdlərin təhlükəsizliyi və rahatlığı təmin edilməzsə, təhsildən yayınma hallarının artması qaçılmazdır.
Kənd məktəblərinin bağlanması əvəzinə onların modernləşdirilməsi və əlavə funksiyalarla təchiz edilməsi də nəzərə alınmalıdır. Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də mədəniyyət və ictimaiyyət mərkəzi kimi fəaliyyət göstərə bilər. Məsələn, kənd məktəblərində peşə təhsili, sənət və mədəniyyət dərnəkləri və ya kənd təsərrüfatı sahəsində tədris proqramları təşkil edilə bilər. Bu, məktəblərin yalnız təhsil sahəsində deyil, həm də kəndlərin iqtisadi və sosial inkişafında mühüm rol oynamasına imkan yaradar.
Əhalinin həmin əraziləri tərk etməməsi üçün isə dövlətin kəndlərin infrastrukturuna, yollarına və sosial xidmətlərinə diqqət yetirməsi vacibdir. Yardımlı rayonunda görülən işlər buna yaxşı nümunədir. Bu rayonda kənd məktəblərinin yenidən tikilməsi, yolların asfaltlanması və sosial yardımların artırılması nəticəsində əhalinin bölgədə qalma motivasiyası güclənib. Bu təcrübə digər dağlıq rayonlarda da tətbiq edilə bilər.
Nəticə olaraq, məktəblərin bağlanması yalnız iqtisadi məsələ kimi deyil, həm də sosial və mədəni kontekstdə nəzərdən keçirilməlidir. Məktəb kənd icmasının əsas dayağıdır və onun bağlanması həmin icmanın gələcəyini təhlükə altına ata bilər. Təhsilin əlçatanlığı və keyfiyyəti yalnız məktəbin fiziki mövcudluğu ilə deyil, həm də bu məktəblərin müasir standartlara uyğun fəaliyyət göstərməsi ilə təmin edilməlidir. Dövlət bu məsələdə balanslı və inklüziv yanaşma nümayiş etdirməli, təhsil və sosial siyasəti daha koordinasiyalı şəkildə həyata keçirməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər. Bu səbəbdən bu məsələni daha dərindən və strateji şəkildə həll etmək lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
|