Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                 

Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Tarix: Dünən, 20:36 | Çap et
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı?
Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampın ABŞ prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir. İ.Əliyevin D.Trampla telefon vasitəsi ilə danışması sıradan bir prosedur sayıla bilməz. Bu, geopolitik yükü olan bir təmas və hadisədir.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığında bir sıra məsələlərə xüsusi diqqət çəkməsi həm regional baxımdan, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan prezidentinin telefon danışığı zamanı D.Trampın ABŞ-da sözün əsl mənasında böyük səs çoxluğu isə prezident seçilməsini vurğulaması xüsusi diqqət çəkir. ABŞ demokratiyası nümayəndəli demokratiya olduğu üçün bəzi hallarda səs çoxluğu özündə hiss etdirmir. Yəni daha az səs alan namizəd nümayəndə kollegiyalarının səsi ilə seçilə bilir. Budəfəki seçkilərdə isə Tramp həm səs çoxluğu, həm də nümayəndə kolleqalarının səsi ilə seçildi.

Azərbaycan prezidentinin toxunduğu ikinci məsələ isə beynəlxalq münasibətlərin hazırkı vəziyyəti ilə bağlıdır. Telefon danışığı zamanı ölkə başçısı qeyd edib ki, D.Trampın prezident seçilməsi beynəlxalq münasibətlər sistemində sülhün bərqərar olmasına gətirib çıxara bilər. Hazırda beynəlxalq münasibətlərdə ağır vəziyyət yaşanır. ABŞ kimi mühüm bir ölkənin davranışları proseslərin seyrini dəyişə bilər. Donald Tramp bundan öncəki prezidentlik dönəmində də aldığı qərarlara beynəlxalq münasibətlərdəki gərginliyin aradan qaldırılmasına çalışmışdı. Azərbaycan prezidentinin ifadə etdiyi fikirlərdə də gözləntinin bundan ibarət olduğu qeyd edilir.

Azərbaycan Prezidenti həm də ABŞ-Azərbaycan münasibətlərinə toxunub. Biz bilirik ki, Tramp dövründə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bundan sonra da iki ölkə münasibətlərində istiləşmə hiss oluna bilər”.

Müstəqil ekspert, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri Çingiz Məmmədov isə deyib ki, telefon zəngi təbiidir, çünki Tramp prezident seçilib:

“Yəni bu, bir növ prosedur xarakterlidir. Digər tərəfdən, ABŞ dünyanın ən qüdrətli dövlətidir və təbii ki, Azərbaycanın bu dövlətlə yaxşı münasibətdə olması önəmlidir. Hal-hazırda bütün dünya liderlərini maraqlandıran əsas məsələlərdən biri Trampın hansı kurs götürəcəyidir. Zənnimcə, Trampın ilk növbədə həll etməyə çalışdığı məsələ Rusiya-Ukrayna müharibəsi olacaq. İlk növbədə ona görə ki, hazırda davam edən ən qanlı hadisədir. Digər bir məsələ isə Yaxın Şərqdə baş verənlərdir. Söhbət İsrail-Fələstin münaqişəsindən gedir. Üçüncü məsələ isə ABŞ-Çin qarşıdurmasıdır.

Çin ciddi şəkildə ABŞ-ı artıq iqtisadi cəhətdən təhdid edir. Üzümüzə gələn illərdə isə artıq hərbi cəhətdən də təhdid etməyə başlaya bilər. Bu məsələlər fonunda Cənubi Qafqazda baş verənlər ABŞ və prezident Tramp üçün nisbətən az əhəmiyyət kəsb edir. Bəlkə Tramp bu məsələni asan hesab etdiyi üçün onu önə çəkə bilər, amma bu az ehtimallıdır. Digər məsələ bundan ibarətdir ki, Trampın öz gələcək administrasiyasında görmək istədiyi namizədlərin bir neçəsi keçmişdə anti-Azərbaycan mövqeləri ilə seçilənlərdir. Ona görə Tramp administrasiyasının Azərbaycan-Ermənistan məsələsində hansı mövqedə dayanacağını əvvəlcədən demək çətindir. Tramp nə qədər güclü şəxsiyyət və lider olsa da həmişə köməkçiləri ilə həm məsləhət edəcək, həm hesablaşacaq. Bu baxımdan da Əliyevin Trampa zəng vurması önəmlidir, çünki iki prezident arasında birbaşa rabitə vacibdir. Beynəlxalq münasibətlərdə şəxsi əlaqələr az əhəmiyyət kəsb etmir.

Həm də nəzərə alaq ki, hazırda Ukrayna müharibəsi və İran-Qərb qarşıdurması vəziyyətində Azərbaycan Şərq-Qərb kommunikasiyalarında əhəmiyyətli rol oynayır. Ukrayna müharibəsi dayansa, Rusiyadan keçən kommunikasiyalar yenidən açıla bilər. Bu, regionumuzun geosiyasət üçün əhəmiyyətini azalda bilər. Həm də nəzərə alaq ki, 2025-ci ildə Tramp daha mürəkkəb dünya ilə qarşılaşır, nəinki birinci prezidentliyi dövründə.

Əslində, deməzdim ki, ABŞ-Azərbaycan münasibətləri indi normal deyil. Sadəcə, hazırda ABŞ-da bu dövlətin tarixində ən çox erməni lobbisi nümayəndələri təmsil olunmuş administrasiyadır. Azərbaycan da bununla hesablaşmalı idi. Zənnimcə, çox düzgün addım idi ki, Azərbaycan çəkinmədən iki qatı ermənipərəst konqresmen üçün COP29-da iştirak etmək şəraiti yaratdı. Bununla Bakı beynəlxalq aləmdə açıq rəqabətə hazır olduğunu, bundan çəkinmədiyini göstərdi. Eyni zamanda, nə Ermənistanın, nə də onun arxasında duranların təzyiqinə əyilmədi, Bakıda saxlanılan separatçıları azad etmədi.

Baydenin bizi istəmədiyimiz sülhə təhrik edən məktubunu da yada salaq. Zənnimcə, ABŞ rəhbərliyi Azərbaycanın öz maraqlarını müdafiə edəcəyini anlayır və bununla hesablaşacaq. Hesab edirəm ki, müəyyən müsbət tendensiyalar olacaq, amma buna vaxt tələb olunacaq. İlk növbədə Tramp hakimiyyətdə möhkəmlənməlidir, yeni administrasiya oturuşmalıdır. Yalnız bundan sonra ABŞ dünyanın işləri ilə məşğul olmağa başlayacaq. Bizim üçün ABŞ administrasiyasında iki vəzifə xüsusilə önəmlidir: Dövlət katibi və Prezidentin Milli Təhlükəsizlik üzrə Müşaviri. Hələlik hər iki vəzifəyə irəli sürülmüş namizədlər keçmişdə anti-Azərbaycan mövqeləri ilə seçilənlərdir. Görək, hadisələr necə inkişaf edir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru